Misirin Cənubi Sinay vilayətinin qubernatoru Xalid Fuda 2016-cı ilin sonuna kimi Rusiya və Böyük Britaniyadan Şarm əl-Şeyx kurortuna turist axınının bərpa olunacağını gözləyir.
“Cari ilin sonuna kimi Rusiya və Böyük Britaniyadan turistlərin Şarm əl-Şeyxə qayıdacaqlarını gözləyirəm. Son dövrdə aeroport və şəhərlərdə təhlükəsizlik üzrə müxtəlif ekspertləri qəbul etmişik. Deyə bilərəm ki, həmin ekspertlərin qeydlərinə əməl etdik. Bu səbəbdən, rus və britaniyalı turislərin kurortlarımıza səfərlərinin bəprası üçün maneə görmürəm. Bu ölkələrin hökumətlərindən düzgün qərar gözləyirik”, - deyə X.Fuda azərbaycanlı jurnalistlərlə görüş zamanı bildirib.
Onun sözlərinə görə, qışda Misirin turizm sahəsində rəqibi yoxdur.
Bununla belə, o qeyd edib ki, ötən ilin payızında Rusiyanın “Koqalımavia” avişirkətinin qəzaya uğraması ilə bağlı insident Misirə səyahət edən turistlərin sayına təsir edib. “Rusiya və Böyük Britaniya vətəndaşlarının Şarm əl-Şeyxə səyahət edə bilmədiklərinə görə, turistlərin sayı 6 mln. nəfərə qədər azalıb. Lakin, hesab edirəm ki, Misirin illik 30 mln. nəfəri qəbul etmək potensialı var və biz bunun üçün tədbirlər görürük”, - deyə o vurğulayıb.
X.Fuda əlavə edib ki, hazırda Şarm əl-Şeyxdə otellər eyni zamanda 60 minə qədər turist qəbul edə bilər. Bundan başqa, 10 min nəfərlik yeni otellər inşa olunur.
“Turizmin müxtəlif istiqamətlərini inkişaf etdirməyə çalışacağıq. Bu həm də dini turizmdir. Regionumuzda “Disneyland” tipli əyləncə şəhərciyi inşa etmək istəyirik. Vilayətdə konfransların təşkili məqsədilə yerlərin sayını 2 mindən 5 min nəfərə qədər artırmaq istəyirik, bununla da turistlərin sayının artımına imkan yaratmaq mümkündür. O cümlədən, shopping-turizmin inkişafı da planlarımızda var”, - deyə qubernator qeyd edib. **
A.Əzizov
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət