Macarıstanın “Exinbank”ı “Şimal-Cənub” dəmir yolu beynəlxalq nəqliyyat dəhlizinin yaradılması çərçivəsində işlərin reallaşdırılmasına Azərbaycana kredit ayıra bilər. Bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Piter Siyarto bu gün Bakıda keçirilən Azərbaycan və Macarıstan hökumətləri arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 6-cı iclası çərçivəsində bildirib.
“Biz “Şimal-Cənub” dəmir yolu beynəlxalq nəqliyyat dəhlizinin yaradılması üzrə işlərin reallaşdırılmasına Azərbaycana kreditin verilməsinə dair danışıqlara hazırdır. “Exinbank” “Şimal-Cənub”un lasyihələndirilməsi və ya inşası mərhələsində layihənin həyata keçirilməsində Macarıstyan şirkətlərinin iştirakı mümkün olrasa və ya təmin edilərsə. Bu məqsədlərə vəsait ayırmağa hazırdır”, - deyə P.Siyarto vurğulayıb.
Onun sözlərinə görə, “Exinbank” artıq Azərbaycan və Macarıstan şirkətləri arasında əməkdaşlığın maliyyələşdirilməsi məqsədilə $200 mln. məbləğində kredit xətti açıb. “Bu əməkdaşlıq çərşivəsində “Eximbank” həmçinin “PAŞA Bank”a $5 mln. məbləğində kredit verməyə hazırdır”, - deyə P.Siyarto vurğulayıb.
İqtisadiyyat naziri Şahin Mustafayev, öz növbəsində məlumat verib ki, Macarıstan şirkətləri artıq nəqliyyat sahəsində bir neçə layihənin reallaşdırılmasında iştirak edirlər. “Macarıstan şirkətləri “Şimal-Cənub” dəmir yolu layihəsinin həyata keçirilməsinə qoşulmağa və “Eximbank” bu layihə çərçivəsində avadanlıq tədarükünü maliyyələşdirməyə hazırdır. Bu məsələdə daha sıx əməkaşlığa dair razılığa gəlmişik”, - deyə Ş.Mustafayev bəyan edib.
“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsinin məqsədi Rusiya, Azərbaycan, İran, Hindistan və Omanın nəqliyyat-informasiya magistrallarının inteqrasiyasıdır.
Azərbaycan, İran və Rusiya arasında 2005-ci ildə imzalanmış yol tikintisi haqqında saziş İran ərazisində 375 km uzunluğunda, Azərbaycan ərazisində isə Astara ilə Azərbaycan-İran sərhədi arasında dəmir yolu seqmentlərinin tikintisini, eləcə də Azərbaycan ərazisində mövcud olan dəmir yolunun yenidən qurulmasını nəzərdə tutur. Layihənin dəyəri $200 mln. təşkil edir. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət