Rəsmi Budapeşt macar sahibkarlara Azərbaycanın işğal olunmuş ərazilərində hər hansı sərmayə və xidmətlərlə bağlı fəaliyyətdən çəkinmələri üçün məlumat verəcək.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, müvafiq bənd bu gün Bakıda keçirilən Azərbaycan və Macarıstan hökumətləri arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 6-cı iclasının sonunda iki ölkə arasında imzalanmış protokolda nəzərdə tutulub.
"Macarıstan tərəfi öz hüquqi və fiziki şəxslərinə Azərbaycanın işğal olunmuş ərazilərində hər hansı sərmayə və xidmətlərlə bağlı fəaliyyətdən çəkinmələri üçün məlumat verəcək", - deyə məlumatda bildirilir.
Tərəflər Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində istehsal edilmiş məhsul və xidmətlərinin Azərbaycanın müvafiq dövlət orqanları tərəfindən verilmiş mənşə sertifikatlarının müşayiəti olmadan Macarıstan bazarına daxil olmasına yol verilməməsinin təmin olunması barədə razılığa gəliblər.
Sənədə əsasən, iki ölkə arasında ticarət-iqtisadi, investisiya, sənaye, energetika, kənd təsərrüfatı, təhsil, turizm, ətraf mühitin mühafizəsi, su təsərrüfatı, İKT, nəqliyyatın idarə edilməsi, mədəniyyət, təhsil, səhiyyə, gənclər və idman, elm, sosial müdafiə və s. sahələrdə əməkdaşlığın davam etdirilməsi və genişləndirilməsi nəzərdə tutulur.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət