Hindistan şirkətləri Azərbaycanın sənaye və texnologiya parklarında fəaliyyətdə maraqlıdırlar. Bu barədə Hindistanın Azərbaycandakı səfiri Sancay Rana Caspian Energy İnternational Media Group-un nümayəndə heyəti ilə görüş zamanı bildirib.
“Hindistan şirkətləri həmçinin qeyri-neft sektorunun, xüsusilə də Azərbaycan hökumətinin böyük dəstək göstərdiyi kənd təsərrüfatının inkişaf imkanlarına nəzər salmaqda maraqlıdırlar. Hindistan şirkətləri əczaçılıq və informasiya texnologiyaları sahələrində də güclü inkişaf edib; onlar Azərbaycanda, xüsusilə də burada yaradılan sənaye və texnologiya parklarında fəaliyyət göstərməkdə maraqlı olardılar”, - deyə dipliomat qeyd edib.
O, həmçinin turizm sektorunun, səhiyyə və müalicəvi turizmin inkişafı istiqamətində həyata keçirilən tədbirlərə toxunub. S.Rananın sözlərinə görə, Hindistan şirkətləri Azərbayacana gəlməyə, investisiya qoymağa və sözügedən sahələrdə Azərbaycan şirkətləri ilə əlaqələri inkişaf etdirməyə səy göstərirlər.
Səfir vurğulayıb ki, Hindistan Azərbaycanla biznes, ticarət, investisiya sahələrində əməkdaşlığın inkişafında maraqlıdır.
“Azərbaycan hökuməti bu istiqamətdə fəal iş aparır. Biz də öz növbəmizdə Azərbaycan şirkətlərinin Hindistanda biznes qurmaq üçün mövcud şərtlərin yüngülləşdirilməsi ilə bağlı lazımi tədbirlər görürük”, - deyə o vurğulayıb.
Səfir həmçinin Hindistanı Azərbaycan və regionun digər dövlətləri ilə birləşdirən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişaf məsələsinə də toxunub: “Biz Azərbaycanla daha sıx iqtisadi əlaqələrin qurulmasında maraqlıyıq və bunu qonşuluq siyasətimizin genişləndirilməsinin bir hissəsi hesab edirik. İranla kəsişən quru və dəmir yol şəbəkələri vasitəsilə Hindistanın qərb limanlarını Azərbaycan və Rusiya ilə birləşdirən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafını Azərbaycanla ticarət və biznes əlaqlərinin inkişafı üçün ən yaxşı vasitə hesab edirik. Bu dəhlizin inşası bizim üçün böyük prioritet təşkil edir”, - deyə S.Rana bəyan edib.
Bundan başqa, o deyib ki, “Hindistanda birbaşa xarici investisiyanın (BXİ) həcmi ötən il 55,46 milyard dollara çatıb. Hindistan hökumətinin birbaşa xarici investisiyalara yol açmağa xidmət edən, Hindistanda investisiya qoyuluşu şərtlərini yüngülləşdirən yeni islahatlarından sonra bu, birbaşa xarici investisiyanın ən yüksək göstəricisi kimi qeydə alınıb”, - deyə səfir bildirib.
O qeyd edib ki, “Make in İndia” layihəsi çərçivəsində xarici investorlar müdafiə, inşaat, bərpa olunan enerji mənbələri və dəmiryol infrastruktur layihələri kimi mühüm sənaye sektorlarında iştirak etmək üçün geniş imkanlar əldə ediblər.
"Heç şübhəsiz ki, biz Azərbaycan şirkətlərini Hindistanda investisiya qoymağa dəvət etmək istərdik”, - deyə diplomat əlavə edib.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət