2016-cı ilin birinci yarısında Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə birja əqdlərinin ümumi dövriyyəsi 1 mlrd. 856 mln. 417,131 min manat təşkil edib, bu da ötən ilin analoji dövrünün göstəricisindən 3,6 dəfə azdır. Bu barədə BFB-nin məlumatında qeyd edilir.
Bu dövrdə ümumi dövriyyədən 1 mlrd. 552 mln. 826,373 min manat (azalma 3,4 dəfə) törəmə əqdlərin payına düşüb. Bunun 1 mlrd. 508 mln. 737,19 min manatı valyuta ilə əqdlərin, 44 mln. 89,183 min manatı mallarla əqdlırin payına düşüb.
I yarımillikdə ümumi dövriyyədən 259 mln. 173,678 min manat dövlət qiymətli kağızları ilə əqdlərin payına (artım 14,8 dəfə - İF-Az), onların bütün həcmi isə Maliyyə Nazirliyi tərəfindən buraxılan istiqrazların payına düşüb. Bununla belə, ilkin bazarda istiqrazların yerləşdirilməsinin həcmi 166 mln. 195,804 min manat, təkrar bazarda 92 mln. 977,8735 min manat təşkil edib.
Hesabat dövründə BFB-nin ümumi dövriyyəsində 6 mln. 456,656 min manat (azalma 21,2 dəfə) pay bazarının payına düşüb. Bunun 5,072 mln. manatı ilkin bazarda, 1 mln. 384,656 min manatı təkrar bazarda səhm yerləşdiriliməsinin payına düşüb.
Birinci yarımillikdə əqdlərin ümumi həcmində 37 mln. 960,422 min manat qiymətli kağızlar bazarının borc alətlərinin payına düşüb (azalma 32,6 dəfə). Bununla belə, təkrar bazarda Azərbaycan İpoteka Fondunun 17 mln. 663,473 min manatlıq istiqrazı yerləşdirilib. Bu dövrdə ilkin bazarda digər korporativ istiqrazların yerləşdirilmə həcmi 4 mln. 158,571 min manat, təkrar bazarda 16 mln. 138,377 min manat təşkil edib. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət