22 iyul tarixindən lisenziyaları ləğv olunan “Dekabank”, “Kredobank”, “Parabank” və “Zaminbank”ın qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsinə avqustun 1-dən başlanacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Əmanətlərin Sığortalanması Fondundan (ADIF) məlumat verilib.
“Qanunvericiliyə əsasən, 25 iyul bu 4 bankda sığorta hadisəsinin baş verdiyi gün hesab edilir. Qorunan əmanətçilərə kompensasiyaların ödənilməsinə avqustun 1-dən başlanacaq”, - deyə Fonddan qeyd ediblər.
Xəbər verildiyi kimi, Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) 4 bankın - “Dekabank”, “Parabank”, “Zaminbank” və “Kredobank”ın bank lisenziyalarını ləğv edib. Bu qərar həmin bankların aktivlərini qanunvericiliklə tələb olunan qaydada təsnifləşdirmədiklərinə, adekvat ehtiyatlar yaratmadıqlarına, məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiklərinə, eləcə də nəzarət orqanının verdiyi göstərişləri yerinə yetirmədiklərinə görə qəbul edilib.
ADIF-in qiymətləndirmələrinə görə, sözügedən banklarda əhalinin əmanətlərinin ümumi həcmi 187 mln. manat təşkil edir. Bunun 147 mln. manatı qorunan əmanətlərdir. Ümumilikdə, bu 4 bank üzrə 126 mln. 956 min manat məbləğində vəsait əhaliyə kompensasiya şəklində ödəniləcək.
“Zaminbank”ın əmanətçilərinə ödəniləcək kompensasiyanın ümumi həcmi 36,35 mln. manat təşkil edir. Bütövlükdə, bankda qorunan əmanətçilərin sayı 10,742 min nəfərdir.
“Kredobank”da 32 mln. 914 min manat məbləğində əmanətlər kompensasiya olunmalıdır. Bütövlükdə, bankda qorunan əmanətçilərin sayı 3,544 min nəfərdir.
“Parabank”ın əmanətçilərinə ödəniləcək kompensasiyanın ümumi həcmi 54,885 mln. manat təşkil edir. Bankda qorunan əmanətçilərin sayı 26,324 min nəfərdir.
“Dekabank”ın əmanətçilərinə ödəniləcək kompensasiyanın ümumi həcmi 2,807 mln. manat təşkil edir. Bankda qorunan əmanətçilərin sayı 133 nəfərdir.
“Zaminbank” 1992-ci ildə yaradılıb və Azətrbaycanın aparıcı 15 bankına daxildir.
“Kredobank” 1994-cü ilin fevral ayında yaradılıb. Bankın səhmdarları 14 hüquqi və fiziki şəxsdir.
“Parabank" 1991-ci ildə yaradılıb.
“Dekabank” 1989-cu ildə yaradılıb və Azərbaycanın aparıcı 15 bankına daxildir. Bankın səhmdarları fiziki şəxslərdir. **
A.Əzizov
себя состязания, не представленные ни в одних крупных спортивных мероприятиях.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət