“Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” çərçivəsində işlər 77%-dən artıq yerinə yetirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “BP-Azerbaijan” şirkətindən (layihənin texniki operatoru – İF-Az) məlumat verilib.
“Mərhələ-2” çərçivəsində mühəndis-layihələndirmə, tikinti və təchizat işlərinin 77%-dən çoxu yerinə yetirilib. 2016-cı ilin birinci yarısının sonuna Azərbaycanda bu işlərin yerinə yetirilməsi üçün 24 mindən artıq şəxs cəlb edilib, onların 80%-dən çoxu ölkə vətəndaşlarıdır”, - deyə şirkət nümayəndəsi qeyd edib.
Bundan başqa, şirkətdən qeyd ediblər ki, Azərbaycan və Gürcüstanda Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi çərçivəsində işlər davam etdirilir.
Təqribən 129 km uzunluğunda borular artıq qaynaq edilib, 112 km boru örtüklənib və 85km boru xəndəyə endirilib. Xəndəyin qazılması, boruların xəndəyə endirilməsi, düzülməsi və üstünün torpaqlanması işləri hazırda davam edir. Boru kəmərinin Azərbaycan hissəsi üçün lazım olan boru tədarükünün hamısı artıq Muğan, Kürdəmir, Yevlax, Qazançı və Dəllər borusaxlama sahələrindədir”, - deyə “BP-Azerbaijan”dan qeyd ediblər.
Şirkətin məlumatına görə, Gürcüstanda kəmər xəttinin inşası üzrə tikinti işləri artmaqda davam etmişdir və 52 kilometrə yaxın boru qaynaq edilib, 28 kilometrdən çox boru örtüklənib, 17 kilometrə yaxın boru isə xəndəyə endirilib. Hər iki kompressor stansiyasında tikinti-quraşdırma işləri davam edib. 1-ci kompressor stansiyasında işlər 57%, 2-ci kompressor stansiyasında 29%, ölçmə stansiyasının tikintisi 36% tamamlanıb tamamlanıb.
“2018-ci il üçün işlərin bitirilməsi planına uyğun davam edir”, - deyə şirkətdən qeyd ediblər. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət