2016-cı ilin yanvar-sentyabr aylarında Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə birja əqdlərinin ümumi dövriyyəsi 3 mlrd. 669 mln. 929,654 min manat təşkil edib ki, bu ötən ilin analoji dövrünün göstəricisindən 2,06 dəfə azdır. Bu barədə BFB-nin məlumatında qeyd edilir.
Yanvar-sentyabr aylarında BFB-də əqdlərin ümumi həcmində 3 mlrd. 208 mln. 684,551 min manat törəmə alətlər bazarının (azalma 43,5%), bunun 3 mlrd. 9 mln. 28,638 min manatı valyuta, 199 mln. 655,913 min manatı isə əmtəə üzrə əqdlərin payına düşüb.
Ümumi dövriyyədən 380 mln. 109,644 min manat (artım 19,2 dəfə) dövlət qiymətli kağızları ilə əqdlərin payına, onların bütün həcmi isə Maliyyə Nazirliyi tərəfindən buraxılan istiqrazların payına düşüb. Bununla belə, ilkin bazarda istiqrazların yerləşdirilmə həcmi 261 mln. 429,316 min manat, təkrar bazarda - 118 mln. 680,327 min manat təşkil edib.
Yanvar-sentyabr aylarında BFB-nin ümumi dövriyyəsində 26 mln. 933,166 min manat (azalma 5,8 dəfə) pay bazarının payına düşüb. Bunun 24,681 mln. manatı ilkin bazarda, 2 mln. 252,166 min manatı təkrar bazarda səhmlərin yerləşdirilməsinin payına düşüb.
Yanvar-sentyabr aylarında əqdlərin ümumi həcmində 52 mln. 737,534 min manat qiymətli kağızlar bazarının borc alətlərinin payına düşüb (azalma 29,9 dəfə). Bununla belə, təkrar bazarda Azərbaycan İpoteka Fondunun 24 mln. 639,11 min manatlıq istiqrazı yerləşdirilib. Qeyd olunan aylarda ilkin bazarda digər korporativ istiqrazların yerləşdirilmə həcmi 8 mln. 870,384 min manat, təkrar bazarda 19 mln. 228,04 min manat təşkil edib.*
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar”ın dəstəyi ilə hazırlanan jestdili.az saytının istifadəçilərinin sayı ikiqat artdı
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət