2016-cı ilin yanvar-noyabr aylarında Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə birja əqdlərinin ümumi dövriyyəsi 5 mlrd. 209 mln. 962,033 min manat təşkil edib, bu ötən ilin analoji dövrünün göstəricisindən 1,6 dəfə azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə birjadan məlumat verilir.
Yanvar-noyabr aylarında BFB-də əqdlərin ümumi həcmində 4 mlrd. 126 mln. 677,196 min manat törəmə alətlər bazarının (azalma 31,8%), bunun 3 mlrd. 864 mln. 13,134 min manatı valyuta, 262 mln. 664,063 min manatı isə əmtəə üzrə əqdlərin payına düşüb.
Ümumi dövriyyədən 685 mln. 118,05 min manat (artım 33,3 dəfə) dövlət qiymətli kağızları ilə əqdlərin payına, onların 524 mln. 729,125 min manatı Maliyyə Nazirliyi tərəfindən buraxılan istiqrazların payına düşüb. O cümlədən, ilkin bazarda istiqrazların yerləşdirilməsinin həcmi 380 mln. 588,695 min manat, təkrar bazarda 144 mln. 131,429 min manat təşkil edib.
Hesabat dövrü ərzində ilkin bazarda AMB-nin qısamüddətli notlarının yerləşdirilməsinin həcmi 160 mln. 397,924 min manat təşkil edib.
Yanvar-noyabr aylarında BFB-nin ümumi dövriyyəsində 117 mln. 663,353 min manat (azalma 57,5%) pay bazarının payına düşüb. Bunun 114,681 mln. manatı ilkin bazarda, 2 mln. 982,353 min manatı təkrar bazarda səhm yerləşdiriliməsinin payına düşüb.
Yanvar-noyabr aylarında əqdlərin ümumi həcmində 278 mln. 438,668 min manat qiymətli kağızlar bazarının borc alətlərinin payına düşüb (azalma 6,4 dəfə). Bununla belə, təkrar bazarda Azərbaycan İpoteka Fondunun 26 mln. 639,576 min manatlıq istiqrazı yerləşdirilib. 11 ay ərzində ilkin bazarda digər korporativ istiqrazların yerləşdirilmə həcmi 168 mln. 990,229 min manat, təkrar bazarda 82 mln. 808,863 min manat təşkil edib. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət