2017-ci il yanvarın 1-dən 20-dək dövr ərzində Azərbaycan OPEC qarşısında neft hasilatının azalmasına dair öhdəliklər çərçivəsində sutkalıq 789 min barrel neft hasil edib. Bu barədə energetika naziri Natiq Əliyev “National Gas Europe” nəşrinə müsahibəsində bildirib.
“Azərbaycan neft hasilatı həcminin azalmasına dair OPEC qarşısında öz öhdəliklərini tam yerinə yetirir. Yanvarın 1-dən etibarən ölkədə sutkalıq neft hasilatı 35 min barrel azalıb. Cari ayın 1-dən 20-dək Azərbaycanda sutkada 789 min barrel neft hasil olunub”, - deyə N.Əliyev qeyd edib.
Onun sözlərinə görə, 2016-cı ilin noyabr ayında Azərbaycanda sutkalıq neft hasilatı 830 min barrel təşkil edib.
“2017-ci ilin yanvar ayında ötən ilin yanvar ayı ilə müqayisədə neftin qiyməti bir barrel üçün $25 artıb. Bu, bütün neft istehsalçıları üçün əlverişlidir. Əgər digər neft istehsalçıları qiymətləri qoruyub saxlamaq üçün hasilat həcmini azaltmağa qərar verərlərsə, Azərbaycan neft hasilatını daha çox azalda bilər”, - deyə N.Əliyev vurğulayıb. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət