Gürcüstan, Türkiyə və Azərbaycanın müdafiə nazirləri Levan İzoriya, Fikri İşıq və Zakir Həsənov bu gün Batumidə keçirilən üçtərəfli görüşdə hərbi əməkdaşlığın dərinləşməsi perspektivlərini müzakirə ediblər.
Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verir ki, görüşdə tərəflər regionda təhlükəsizlik məsələlərinə baxıblar.
Məlumata görə, “nazirlər yekdilliklə qeyd ediblər ki, üçtərəfli əməkdaşlıq formatı regionda sülh, sabitlik və təhlükəsizliyin möhkəmlənməsi, üç ölkənin silahlı qüvvələrinin inkişafına yönələcək”.
Tərəflər birgə hərbi təlimlərin keçirilməsi ilə bağlı məsələləri müzakirə ediblər və gələcəkdə onların miqyasını artırmaq niyyətində olduqlarını bildiriblər.
Həmçinin nazirlər payızda Gürcüstanda keçiriləcək üç ölkənin Baş Gərargah rəislərinin görüşünün mövzusuna toxunublar.
Görüşdən sonra iştirakçılar birgə bəyanat imzalayıbar. Sənəddə qeyd olunur ki, hər üç ölkə regional və dünya səviyyəsində sülh və sabitliyin təminatında işltirakı davam etdirəcək.
O cümlədən, qeyd edilir ki, görüş iştirakçıları bir-birinin müstəqillik, suverenlik və ərazi bütövlüyünü tanıyırlar.
Gürcüstan, Türkiyə və Azərbaycanın müdafiə nazirləri səviyyəsində üçtərəfli əməkldaşlığa 2012-ci ildə start verilib. Bu gün Batumidə bu formatda keçirilən görüş sayca beşinci olub. **
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət