Ermənistan Dağlıq Qaqrabağ münaqişəsinin nizamlanmasına dair danışıqların imitasiyası ilə məşğul olur. Bunu Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“Ermənistan tərəfi danışıqların imitasiyası ilə məşğul olur və bu prosesin dayandırılması üçün əlindən gələni edir”, - İ.Əliyev çərşənbə axşamı NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay ilə Bakıda keçirilən görüşdə bildirib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Həmsöhbətlər Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
Bundan əlavə, tərəflər Azərbaycan-NATO əməkdaşlığından məmnunluq ifadə ediblər.
Prezident Azərbaycanın Əfqanıstanda beynəlxalq sülhməramlı əməliyyatların dəstəklənməsi işinə sadiq olduğunu vurğulayaraq bildirdi ki, ölkə təkcə NATO ilə əməkdaşlıq çərçivəsində deyil, eyni zamanda, Kəbil ilə müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq, o cümlədən iqtisadi və investisiya sahələrində əlaqələr həyata keçirir.
C.Appaturay NATO adından Azərbaycan tərəfinə bu təşkilatla etibarlı tərəfdaşlıq həyata keçirməsinə görə minnətdarlığını bildirib. O, Azərbaycanın Əfqanıstandakı sülhməramlı missiyaya verdiyi böyük töhfəni qeyd edib. **
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət