2017-ci ildə “BP-Azerbaijan” şirkəti “Şahdəniz” yatağından 10,2 mlrd. kubmetr qaz hasil edib ki, bu da 2016-cı ilin göstəricisindən 4,7% azdır.Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
Bundan başqa, ötən il “Şahdəniz” yatağından 2,4 mln. ton kondensat (azalma 4%) hasil olunub.
“Yataqda mövcud hasilat sisteminin maksimal gücü sutkalıq 30 mln. kubmetr qaz və ya illik 10,9 mlrd. kubmetr qaz təşkil edir”, - deyə məlumatda bildirilir.
2017-ci ildə “Şahdəniz” layihəsi üzrə xərclərin ümumi həcmi $3 mlrd. 335 mln. (azalma 20,1%) təşkil edib, bunun $451 mln.-nu istismar xərclərinin, $2 mlrd. 884 mln.-u əsaslı xərclərin payına düşüb. Əsaslı xərclərin böyük həcmi “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” layihəsi çərçivəsində işlərə yönəldilib.
2017-ci ildə Cənubi Qafqaz Boru Kəməri magistralı (CQBK və ya Bakı-Tbilisi-Ərzurum – İF) ilə sutkada orta hesabla 20,5 mln. kubmetr qaz (2016-cı ildə sutkada 19,9 mln. kubmetr) nəql olunub.
Bu dövrdə boru kəməri magistralına xidmət göstərilməsi üzrə əsaslı xərclər $784 mln., istismar xərcləri $29 mln. təşkil edib.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət