Fransanın “OpinonWay” Sosioloji Tədqiqatlar İnstitutunun “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi ilə birlikdə fevral-mart aylarında keçirdiyi sosioloji sorğunun nəticələrinə əsasən prezident İlham Əliyev aprelin 11-nə təyin olunmuş prezident seçkilərində inamlı qələbə qazana bilər.
Sorğu prezident seçkiləri ərəfəsində Azərbaycandakı ictimai-siyasi və sosial-iqtisadi vəziyyətin qiymətləndirilməsi, habelə əhalinin seçkilərdə iştirakına maraq səviyyəsinin öyrənilməsi məqsədilə keçirilib.
“Aprelin 11-də keçiriləcək prezident seçkiləri bu gün keçirilsəydi hansı namizədə səs verərdiniz?” sualına cavabda sorğuda iştirak edən respondentlərin 83,4%-i İlham Əliyevi seçib. Rəyi soruşulanların 12%-i seçki kampaniyasında iştirak edən digər 7 nəfərə səs vermək niyyətini bildirib. Respondentlərin 1,9%-i namizədlərdən heç birinə səs vermək istəmədiyini, 2,7%-i isə bununla bağlı hazırda hər hansı bir fikri olmadığını göstərib”, - deyə “OpinonWay” təşkilatının nümayəndəsi Bruno Janbart bu gün Bakıda mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, sorğuya Naxçıvan Muxtar Respublikasının ərazisi və işğal olunmuş rayonlar istisna olunmaqla respublikanın digər şəhər və rayonlarında yaşayan və yaşı 18-dən yuxarı olan 1,2 min respondent cəlb olunub.
Seçkilərdə iştirak edib-etməyəcəkləri ilə bağlı sualı cavablandıran respondentlərin 80,5%-i qarşıdan gələn seçkilərdə iştirak edəcəyini, 12,7%-i itə iştirak etməyəcəyini bildirib. Respondentlərin 6,8%-i seçkidə iştirakları ilə bağlı hələ yekun qərar qəbul etmədiyini göstərib.
“Prezident İlham Əliyevin ölkə başçısı kimi vəzifəsinin icrası sizi nə dərəcədə qane edir” sualına rəyi soruşulan respondentlərin 81,4%-i bu məsələnin onları qane etdiyini, 11,2%-i isə qane etmədiyini göstərib. Respondentlərin 7,4%-i bu sual ilə bağlı hər hansı münasibət bildirməkdə çətinlik çəkdiyini bildirib.
B.Janbart qeyd edib ki, sorğu zamanı respondentlərin 68,9%-i Azərbaycanda mövcud siyasi sistemin fəaliyyətindən razı, 15,4%-i isə narazı olduğunu göstərib. Rəyi soruşulanların 15,7%-i sualı cavablandırmaqda çətinlik çəkib.*
F.İsazadə
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət