Rusiya Federasiyasının Federasiya Şurasının sədr müavini, MDB Parlamentlərarası Assambleyasının Azərbaycanda keçirilən prezident seçkiləri üzrə müşahidəçilər qrupunun koordinatoru İlyas Umaxanov seçkilərin yüksək səviyyədə təşkil olunduğunu qeyd edir.
"Seçkilərin gedişinin ilkin müşahidəsi göstərir ki, Azərbaycanda səsvermə çox yüksək səviyyədə keçəcək", - deyə o, bu gün Bakıda jurnalistlərə bildirib.
İ.Umaxanovun sözlərinə görə, MDB PA seçki prosesinin müşahidəsi üzrə kifayət qədər təcrübəyə malikdir.
Koordinator qeyd edib ki, 1998-ci ildən etibarən Azərbaycanda seçki prosesini müşahidə edir. Azərbaycanda qanunvericilik davamlı surətdə təkmilləşir. Bu, əsas qanuna - Azərbaycan Konstitusiyasına aiddir, eyni zamanda, seçki hüququnu təkmilləşdirən bir sıra qanunvericilik aktları da qəbul edilib.
Onun sözlərinə görə, Azərbaycan seçkilərin inzibati təşkili, şəffaflığın təmin edilməsi, vətəndaşların ifadə azadlığının açıqlığında böyük uğurlar qazanıb. "Biz buna əmin olduq. Seçici siyahılarının dəqiqləşdirilməsi, müxalifət partiyalarının məntəqə seçki komissiyalarında təmsil olunması, KİV-lə bağlı böyük işlər görülüb”, - deyə İ.Umaxanov vurğulayıb.
İ.Umaxanov deyib ki, müşahidə, əsasn Bakı şəhərini əhatə edəcək və 221 müşahidəçi paytaxtın bütün seçki məntəqələrində səsverməni müşahidə edə biləcək ki, bu da onlara seçkilərin gedişi barədə obyektiv rəy formalaşdırmağa imkan verəcək. "Güman edirəm ki, bu, həmişəki kimi böyük həcmli iş olacaq və seçkilərin təşkili haqqında dolğun təsəvvür yaradacaq", - deyə o əlavə edib.
F.İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət