Ukrayna Azərbaycan-Ukrayna-Türkiyə Xarici İşlər nazirlikləri arasında üçtərəfli siyasi məsləhətləşmələrə böyük önəm verir. Bunu Ukrayna xarici işlər nazirinin müavini Vasiliy Bodnar deyib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindənverilən məlumata görə, bu gün Bakıda hər iki ölkənin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Xələf Xələfov, Ukrayna tərəfindən isə xarici işlər nazirinin müavini Vasiliy Bodnar rəhbərlik edib.
V.Bodnar Azərbaycan ilə strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinin, eləcə də regional təhlükəsizliyin təmin edilməsinin Ukrayna üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib. Bu xüsusda, o, ilk dəfə keçiriləcək Azərbaycan-Ukrayna-Türkiyə Xarici İşlər nazirlikləri arasında üçtərəfli siyasi məsləhətləşmələrin böyük rol oynayacağına əminliyini ifadə edib.
X.Xələfov ölkəmizin Ukrayna ilə bütün sahələrdə əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsində maraqlı olduğunu xüsusilə qeyd edib.
Tərəflər Azərbaycan və Ukrayna dövlət başçıları səviyyəsində aparılan siyasi dialoqun əlaqələrin dinamik inkişafına güclü təkan verdiyini vurğulayıblar.*
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət