Nazirlər Kabineti bazar ertəsi keçirilən iclasda 2019-cu il dövlət büdcəsinin layihəsi, o cümlədən büdcə paketinə daxil olunan sənədləri təsdiq edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“Sentyabrın 24-də baş nazir Novruz Məmmədovun sədrliyi ilə 2019-cu il dövlət büdcəsi, icmal büdcə layihələri, o cümlədən, qarşıdan gələn üç il üçün (2020-2022-ci illər - İF) makroiqtisadi göstəricilərin müzakirəsinə həsr olunan iclas keçirilib”, - hökumətdən qeyd ediblər.
Baş nazir vurğulayıb ki, makroiqtisadi proqnozlar və 2019-cu il dövlət büdcəsi dünya iqtisadiyyatı və Azərbaycanda baş verən proseslər nəzərə alınaraq hazırlanıb.
“Aparılmış müzakirələrin nəticələri üzrə hökumət səsnədləri təsdiq edib və büdcə paketini baxılması üçün Azərbaycan prezidentinə təqdim etməyə dair qərar qəbul edib”, - Nazirlər Kabinetində qeyd ediblər.
Azərbaycan dövlət büdcəsinin 2018-ci il üçün gəlirləri 22 mlrd. 149 mln. manat, xərcləri 23 mlrd. 100 mln. manat həcmində təsdiq olunub. Dövlət büdcəsinin kəsiri 951 mln. manat və ya ÜDM-in 1,3% səviyyəsində proqnozlaşdırılır. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət