Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi oktyabrın 9-dan etibarən 1997-ci il avqustun 2-dəkAzərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi prosesinə başlayacaq.
«Müavinətlərin verilməsi prosesinə oktyabrın 9-dan start veriləcək. Şəhid vərəsələrinə birdəfəlik ödəniş olunması üçün bu il dövlət büdcəsindən 58 mln. manat vəsait ayrılıb”, - deyə nazir Sahil Babayev bu gün mətbuat konfransında bildirib.
O, qohumlarının müavinət alacağı keçmiş hərbçilərin dəqiq sayını açıqlamayıb.
Nazirin sözlərinə görə, artıq sabahdan hərbi qulluqçuların ailə üzvləri nazirliyin saytında (www.mlspp.gov.az) “BİRDƏFƏLİK ÖDƏMƏ” bölməsinə daxil olmaqla hərbi qulluqçunun soyadı, adı və atasının adını daxil edərək, birdəfəlik ödəməni almağa hüququnun olub-olmadığını yoxlaya bilərlər. Azərbaycanın hüdudlarından kənarda yaşayan vərəsələr də nazirliyin saytına müraciət edə bilərlər.
«Vərəsə vəfat etmiş qohumunun ad və soyadını elektron portalda daxil edərək onun adının müvafiq reyestrə salınıb-salınmadığı barədə məlumat əldə etməlidir. Daha sonra vərəsələr varislik məsələsi ilə əlaqədar notarius orqanlarına müraciət etməlidirlər», - deyə S.Babayev qeyd edib.
O deyib ki, vərəsənin birdəfəlik müavinət almaq hüququ notarial qaydada təsdiqləndikdən sonra onun bank hesabına 11 min manat köçürüləcək.
«Əsas çətinlik vərəsələrin say çoxluğunda ola bilər. Biz ayda iki dəfə birdəfəlik müavinətlərin ödənilməsi ilə bağlı zəruri məsələləri müzakirə edəcəyik. Düşünürəm ki, hər bir vərəsə müavinəti bir aydan çox olmayan müddətdə alacaq», - deyə nazir vurğulayıb.
Qeyd edək ki, prezident İlham Əliyevin 2018-ci ilin aprel ayında imzaladığı "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanla qeyd edilən kateqoriyaya aid olan hər bir şəhid ailəsinin vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə həyata keçiriləcək.*
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət