2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 8,88% - $38 mlrd. 987,7 mln.-a qədər artıb. Bu barədə fondun məlumatında deyilir.
“Yanvar-sentyabr aylarında ARDNF-in aktivləri 8,88% - $38 mlrd. 987,7 mln.-a qədər artıb. Aktivlər fondun nisbətən yüksək gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına artıb“, - deyə məlumatda bildirilir.
Yanvar-sentyabr aylarında fondun gəlirləri 14 mlrd. 437,2 mln. manat, xərcləri 8 mlrd. 5,9 mln. manat təşkil edib.
ARDNF-in gəlirləri strukturunda mənfəət nefti və qazının satışından daxilolmalar 12 mlrd. 658,1 mln. manat, tranzit gəlirləri 14,2 mln. manat, bonus ödənişləri 765,2 mln. manat təşkil edib.
Bu dövrdə fondun vəsaitlərinin idarə olunmasından 995,6 mln. manat gəlir əldə edilib.
Məzənnə fərqindən əldə olunan büdəcədənkənar gəlirlər 968,7 mln. manat məbləğində olub.
2018-ci ilin yanvar-sentyabr aylarında ARDNF-in xərcləri strukturunda ən çox məbləğ – 7 mlrd. 788 mln. manat dövlət büdcəsinə transfertlərin payına düşüb.
Hesabat dövrü ərzində qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 138,6 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 41,7 mln. manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 16,7 mln. manat vəsait ayrılıb. 5 mln. manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilib. 2018-ci ilin yanvar-sentyabr aylarında fondun idarə edilməsi ilə bağlı xərcləri 15,9 mln. manat təşkil edib.
Xəbər verildiyi kimi, ARDNF Azərbaycan Prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılıb və dövlət başçısına hesabat verən büdcədənkənar dövlət təsisatıdır. Fondda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən daxil olan gəlirlər toplanır.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət