OPEC 2019-cu ilin II yarısında Azərbaycanda gündəlik neft hasilatının 0,81 mln. barelədək artacağını proqnozlaşdırır. Bu barədə kartelin aylıq hesabatında qeyd edilir.
«2019-cu ilin I yarısında Azərbaycanda gündəlik neft hasilatı 0,79 mln. barelədək azalacaq, ilin II yarısında isə 0,81 mln. barelədək artacaq. Nəticədə il ərzində Azərbaycanda neft hasilatının orta göstəricisi dəyişməyəcək – gündəlik 0,8 mln. barel səviyyəsində qalacaq», - deyə hesabatda bildirilir.
OPEC-in məlumatına görə, Azərbaycanda neft hasilatında hər hansı artım çox ehtimal ki, “Şahdəniz” yatağında və digər qaz-kondensat yataqlarında kondensat hasilatı ilə bağlı olacaq.
Daha əvvəl Azərbaycanın Energetika Nazirliyindən verilən məlumata görə, 2018-ci ildə orta sutkalıq neft hasilatı 792,6 min barel təşkil edib ki, bu da 2017-ci ilin göstəricisindən 1,3% çoxdur.
Xəbər verildiyi kimi, 2016-cı il dekabrın 10-da OPEC üzvləri ilə təşkilata daxil olmayan ölkələr, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atıb.
Cari ilin iyun ayının 23-də OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 4-cü iclasında hasilat kvotasının 100 faizlik icrası, yəni neft hasilatının sutkada 1 milyon barel artırılması ilə bağlı razılıq əldə olunub.
2018-ci il dekabrın 7-də imzalanmış sazişə əsasən OPEC üzvləri neft hasilatını sutkada 800 min barel, kartelə daxil olmayan ölkələr isə 400 min barel azaldır. Saziş 2019-cu ilin aprel ayında nəzərdən keçirilmə mümkünlüyü ilə yarım il müddətinə uzadılıb.
Bu saziş çərçivəsində Azərbaycan gündəlik hasilatın 2,5% və ya 20 min barel - 776 min barelədək azaldılması ilə bağlı öhdəlik götürüb.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət