Azərbaycanda 3 ildən 25 ilədək müddətdə satmaq öhdəliyi ilə mənzillərin kirayəyə verilməsi həyata keçiriləcək.
Bu şərt prezident İlham Əliyevin təsdiq etdiyi Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydasında nəzərdə tutulub.
Qaydaya əsasən, Fond yaşayış sahələrini alması və satmaq öhdəliyi ilə kirayəyə verməsi hüququnu əldə edir. Eyni zamanda, satmaq öhdəliyi ilə kirayəyə vermək məqsədilə yaşayış sahələrinin satın alınmasını Fond aşağıdakı mənbələr hesabına həyata keçirir: Fondun kapitalı və emissiya etdiyi istiqrazlardan daxil olan vəsait.
Yaşayış sahəsinin alınmasını və satmaq öhdəliyi ilə kirayəyə verilməsini Fond aşağıdakı şərtlərə riayət etməklə həyata keçirir: kirayəçi Azərbaycan Respublikasının vətəndaşı olmalıdır və müraciət tarixinə kirayəçinin vaxtı keçmiş öhdəlikləri olmamalıdır.
Kirayə müqaviləsi 3 ildən 25 ilədək müddətə bağlanmalı və notariat qaydasında təsdiqlənməlidir; Yaşayış sahəsinin bazar qiymətini müstəqil qiymətləndirici müəyyən etməlidir, yaşayış sahəsi müstəqil qiymətləndiricinin müəyyən etdiyi bazar qiymətindən az olmamaq şərtilə sığortalanmalıdır.
Kirayə müqaviləsi bağlanıldıqdan sonra kirayəçi aylıq ödənişin ən azı bir ilini qabaqcadan ödəməlidir, kirayə müqaviləsi bağlanıldıqdan sonra alış qiymətinin tam ödənişi 3 ildən tez həyata keçirilməməlidir.
Fond kirayə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi barədə qərar qəbul etdikdə, bu barədə kirayəçiyə və ya onun vərəsələrinə 3 iş günü müddətində bildiriş göndərməlidir. Kirayəçi Fondu 30 gün əvvəldən xəbərdar etməklə, kirayə müqaviləsinə birtərəfli qaydada vaxtından əvvəl xitam verə bilər.
Bundan əlavə, kirayəyəverənin yazılı razılığı ilə kirayə müddətində (kirayə müqaviləsi bağlanan gündən 3 ildən tez olmayaraq) kirayəçinin kirayə müqaviləsi üzrə öz hüquq və vəzifələrini başqa şəxsə ötürə bilər, kirayəçi vəfat etdikdə, kirayə müqaviləsi üzrə hüquq münasibətləri kirayəçinin vərəsələrinə keçir.
Qaydaya əsasən, Fondun satmaq öhdəliyi ilə kirayəyə vermək məqsədilə satın aldığı yaşayış sahələri alış anına tam təmirli, habelə elektrik enerjisi, qaz və su ilə tam təchiz olunmuş olmalıdır.
Müraciətlər növbəlilik əsasında qeydiyyata alınır və baxılır. Müraciət edən şəxsə qeydiyyat nömrəsi elektron sistem vasitəsilə verilir.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.
Fond aşağıdakı vəzifələri yerinə yetirir: ipoteka, o cümlədən güzəştli ipoteka kreditləşməsini həyata keçirir; ipoteka kreditləri üzrə təminatlar, sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə təminatlar verir; sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə hesablanmış faizlərin bir hissəsinə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalar verir; “Elektron ipoteka” sistemini təşkil edir və onun fəaliyyətini təmin edir. **
Ə.Məmmədov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət