Qarabağ münaqişənin yeganə həlli yolu sülhdür, onun “dondurulması” bütün region üçün təhlükədir. Bunu Ermənistan prezidenti Armen Sarkisyan Almaniyanın Heidelberg Universitetində görüş zamanı bildirib.
“Dondurulmuş münaqişə həll olunmayanadək, düzgün idarə olunmazsa, çox təhlükəli ola bilər. Mənim üçün münaqişənin sülh yolu ilə həllindən başqa yol yoxdur. İstənilən digər variant hər kəs üçün tam faciəli olacaq. Və burada nə dərəcədə güclü olmağın, silahlanmaya nə qədər vəsait xərclədiyin və ya ordunun necə böyük olması qətiyyən vacib deyil”, - Ermənistan prezidenti universitetin tələbə və müəllim heyəti ilə görüşdə bəyan edib.
Prezidentin mətbuat xidməti qeyd edir ki, A.Sarkisyan müxtəlif maraq və çağırışların bu regionda cəmləşdiyini və müxtəlif sivilizasiyaların burada kəsişdiyini vurğulayıb.
“Görün nələr baş verir: Suriya, Yaxın Şərq çox da uzaqda deyillər və ya İran, Azərbaycan, Gürcüstan, Ermənistan, Türkiyə, Rusiya. Burada ən kiçik belə sabitliyi pozan təzahür dağıdıcı ola bilər. Bu səbəbdən, yalnız bir yol mövcuddur – münaqişənin sülh yolu ilə həlli”, - Ermənistan prezidenti bildirib.
“Və ümid edirəm ki, münaqişənin həlli ağıl, insani dəyərlərə əsaslanacaq. Ümid edirəm ki, son qərarda Dağlıq Qarabağın əhalisinin hüquqları nəzərə alınacaq”, - A.Sarkisyan qeyd edib.
Ermənistan prezidenti 15-17 fevral tarixlərində keçiriləcək Münhen Təhlükəsizlik konfransında iştirak məqsədilə Almaniyadadır. **
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət