Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanla yeni sahələrdə əməkdaşlığa maraq göstərir.
Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axaşamı Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabartinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Görüşdə Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycanla yeni sahələrdə əməkdaşlıqda maraqlı olduğu qeyd edildi. Xüsusilə tərəflər qeyri-neft sektorunun inkişafı, şəhərdaxili nəqliyyat, bərpaolunan enerji və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi apardılar”, - məlumatda qeyd olunur.
İ.Əliyev Azərbaycan ilə bank arasında uzun illər çox uğurlu əməkdaşlığın davam etdiyini bildirərək, ümumi dəyəri 3,5 mlrd. dollardan artıq olan layihələrin həyata keçirilməsini bunun göstəricisi olduğunu qeyd edib.
Onun sözlərinə görə, bankın sərmayələri “Azərbaycanda müasir infrastrukturun yaradılması işinə böyük kömək göstərdi”. **
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət