Bakı Avropa İttifaqının rəsmi şəxslərinin Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar formatının dəyişməz olması ilə bağlı bəyanatlarını dəstəkləyir. Bunu Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
“Azərbaycan Avropa İttifaqının yüksək vəzifəli rəsmi şəxslərinin Errmənistanın baş naziri Nikol Paşinyan ilə mətbuat konfransında səsləndirdiyi bəyanatlarını dəstəkləyir”, - deyə o, EURACTİV portalında dərc olunmuş məqalədə bildirilib.
“İşğala əsaslanan status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Danışıqlara qeyd-şərtin qoyulması yolverilməzdir, yeni formatın yaradılmasına ehtiyac yoxdur və danışıqlar razılaşdırılmış düstura uyğun olaraq mövcud format əsasında davam etdirilməlidir. Danışıqların davamlılığı və danışıqlara öhdəlik təmin olunmalıdır”, - deyə H.Hacıyev qeyd edib.
Onun sözlərinə görə, bu mövqeyi beynəlxalq birlik də yekdilliklə bölüşür. Ona görə də beynəlxalq ictimaiyyət tərəfindən Ermənistana ünvanlı siyasi-diplomatik ismarıclar çatdırılmalıdır. Ermənistan tərəfi nəhayət anlamalıdır ki, eyforiya dövrü başa çatıb. Küçə populizminə son qoyulmasının və ciddi addımların atılmasının vaxtıdır.
Şöbə müdiri deyib ki, Azərbaycan Avropa İttifaqının sifarişi ilə hazırlanan və münaqişənin həllinin Ermənistana və Azərbaycana iqtisadi dividentləri barədə hesabatın ideya və fəlsəfəsini dəstəkləyir.
“Ermənistan-Azərbaycan münaqişəsi həll edilmədən Ermənistanın iqtisadi inkişafı qeyri-mümkündür. Münaqişənin həllində irəliləyişə nail olmaq üçün Ermənistan öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalı və qonşularla sivil münasibətlər qurmalıdır. Yalnız bu halda regionun çox ehtiyac duyduğu davamlı və ədalətli sülh təmin oluna bilər. Əks-təqdirdə, Ermənistanın siyasi, iqtisadi və demoqrafik böhranı və özünü təcridi dərinləşməkdə davam edəcək”, - deyə H.Hacıyev vurğulayıb.
O əlavə edib ki, N.Paşinyanın bəyanatları ziddiyyət təşkil edir. Prezident İlham Əliyev ilə N.Paşinyan arasında keçən ilin sentyabrında Düşənbədə baş tutmuş görüşdən etibarən Azərbaycan danışıqlar prosesinin irəli aparılması üçün əlverişli mühitin yaradılması məqsədilə konstruktiv və cəsarətli addımlar atıb. MDB-nin Sankt-Peterburqda keçirilmiş qeyri-rəsmi sammiti və Davosda Azərbaycan və Ermənistan rəhbərliyi arasında daha iki görüş olub. Amma Ermənistan rəhbərliyi indi bunları görüş belə adlandırmaqdan çəkinir və qeyri-rəsmi təmaslar adlandıraraq metaforik illüstrasiyaya üstünlük verir.
PA nümayəndəsi qeyd edib ki, N.Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin danışıqlara cəlb edilməsi ilə bağlı qeyri-real iddialar irəli sürməsi məqsədyönlü şəkildə bütün danışıqlar prosesini əngəlləmək və iflic halına salmaq cəhdidir.
“Ermənistan baş naziri Qarabağda yaşayan ermənilər adından danışa bilmədiyini iddia edərək çox sadə bir suala cavab verə bilmir: Ermənistan silahlı qüvvələrinin Azərbaycan suveren ərazilərində nə işi var?”, - deyə H.Hacıyev bildirib.*
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət