Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində “MİDA” MMC Bakının Yasamal rayonunda çoxmənzilli yaşayış kompleksinin tikintisi çərçivəsində 8 şirkəti podrat işlərinə cəlb edib. Bu barədə “İnterfaks-Azərbaycan”a MİDA-dan məlumat verilir.
“Seçim açıq tender metodu ilə 7 lot üzrə həyata keçirilib. Tender təkliflərinin qiymətləndirmələrinə əsasən, 8 şirkət seçilib. Həmin şirkətlərə yeddi 9 mərtəbəli və doqquz 12 mərtəbəli bina, uşaq bağçası, otrta məktəbin ytikintisi, ərazinin şaquli planlaşdırılması, yollar, səkilər və velosiped yollarının çəkilməsinə dair podta müqavilələri bağlanıb”, - MİDA-dan qeyd ediblər.
Agentliyin məlumatına görə, "Torma" və "NN Group" şirkətlıər konsorsiumu 1 nömrəli 9 mərtəbəli 2 bloklu, 2 nömrəli 9 mərtəbəli 2 bloklu və 3 nömrəli 12 mərtəbəli 1 bloklu yaşayış binalarının tikintisi, "Chinar İnşaat" və "Caspian Service" 4 nömrəli 9 mərtəbəli 2 bloklu, 5 nömrəli 9 mərtəbəli 2 bloklu və 6 nömrəli 12 mərtəbəli 1 bloklu yaşayış binalarının tikintisi, "HN Construction" 17, 18, 19 və 20 nömrəli 12 mərtəbəli 1 bloklu yaşayış binalarının və 100 yerlik uşaq bağçasının tikintisi üzrə podratçı olublar.
"NN Group" 1200 şagird yerlik tam orta məktəb binasının tikintisini, "Hüner İnşaat" 21 nömrəli 12 mərtəbəli 1 bloklu, 22 nömrəli 9 mərtəbəli 2 bloklu və 23 nömrəli 9 mərtəbəli 2 bloklu yaşayış binalarının tikintisini, "Faktor Group-S" şirkəti 24 nömrəli 12 mərtəbəli 1 bloklu, 25 nömrəli 9 mərtəbəli 2 bloklu və 26 nömrəli 9 mərtəbəli 2 bloklu yaşayış binalarının tikintisini həyata keçirəcək.
“Körpü-Bina-Tikinti” QSC ərazinin şaquli planlaşdırılması, yollar, səkilər və velosiped yollarının çəkilməsi işlərini həyata keçirəcək.
Xəbər verildiyi kimi, 2016-cı il dekabrın 24-də Yasamal rayonu ərazisində yeni yaşayış kompleksinin təməli qoyulub.
Ümumi sahəsi 15 hektar olan kompleks 29 çoxmənzilli yaşayış binasından ibarət olacaq. Onların 17-si ikibloklu 9 mərtəbəli bina, 12-si isə birbloklu 12 mərtəbəli bina olacaq.
Bundan əlavə, kompleksin ərazisində 1200 yerlik orta ümumtəhsil məktəbi və uşaq bağçası da tikiləcək.**
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət