Bolqarıstan hökuməti Azərbaycanla pensiya təminatına dair saziş layihəsini təsdiq edib. Bu barədə “Russkaya Bolqariya” internet-nəşri xəbər verir.
"Bolqarıstan hökuməti bu gün keçirilən iclasda sənədin layihəsini təsdiq edib və əmək və sosial siyasət nazirinə onu imzalamaq səlahiyyəti verib", - deyə məlumatda Nazirlər Sovetinin mətbuat xidmətinə istinadən bildirilir.
Sənəd layihəsi iki ölkənin işçilərinin pensiya təminatını, habelə müxtəlif növ pensiyaların ayrılması və ödənilməsi qaydalarını tənzimləyir.
Saziş Bolqarıstan Xalq Məclisi tərəfindən ratifikasiya edildikdən sonra hüquqi qüvvəyə minəcək.
"Saziş Bolqarıstanda və Azərbaycanda ayırmalar etmiş şəxslərə sosial hüquqlarını həyata keçirmək imkanı verəcək", - deyə məlumatda vurğulanır.*
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət