Ərazi iddiaları, hərbi təcavüz və işğal, etnik təmizləmə siyasəti olmadığı təqdirdə, hər hansı silah yarışına da lüzum olmur. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva deyib.
"Bölgədə silah yarışından danışarkən, ilk növbədə qeyd etmək lazımdır ki, bu, Azərbaycan ərazilərinin beşdə birini zəbt edən və hərbi işğal altında saxlayan Ermənistan Respublikasının işğalçı siyasətinin nəticəsidir", - L.Abdullayeva Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın İsrailin KAN NEWS dövlət televiziya kanalına müsahibəsində İsrailin silah ticarətinin erməni xalqının məhvinə gətirdiyini, habelə bölgədə silah yarışının sülh və təhlükəsizliyin qurulmasına xidmət etməsinə dair bəyanatını şərh edərkən qeyd edib.
L.Abdullayevanın sözlərinə görə, Azərbaycanın işğal olunmuş ərazilərində tam etnik təmizləmənin həyata keçirilməsi vəziyyəti daha da ağırlaşdırır.
“Yəni burada söhbət bölgədə baş verən hadisələrin səbəb-nəticə əlaqələrindən gedir. Ərazi iddiaları, hərbi təcavüz və işğal, etnik təmizləmə siyasəti olmadığı təqdirdə, hər hansı silah yarışına da lüzum olmur və bu da bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına gətirir”, - o bildirib.
L.Abdullayeva Ermənistanın bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına, habelə bütün tərəfləri qane edəcək əsaslarda münaqişənin sülh yolu ilə həllinə sadiq olmasına dair Z.Mnatsakanyanın KAN NEWS kanalına bəyanatını şübhəaltına qoyub.
«Lakin, “bütün tərəfləri qane edəcək” həll yolunun məqbulluğundan danışan nazir Mnatsakanyan bilərəkdən beynəlxalq ictimaiyyətin Azərbaycanın işğal olunmuş ərazilərinin dərhal, tam və qeyd-şərtsiz azad olunması, öz evlərindən zorla qovulmuş azərbaycanlı əhalinin, o cümlədən münaqişənin həllində maraqlı iki tərəfdən biri olan AzərbaycanınDağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının bu ərazilərə geri qayıtması ilə bağlı prinsipial mövqeyini gizlədir. Məlum olduğu kimi, beynəlxalq təşkilatların bütün müvafiq qərar və qətnamələrində, o cümlədən, ilk növbədə BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının qətnamələrində Azərbaycanın suverenliyinə və beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə dəstək ifadə olunur”, - L.Abdullayeva vurğulayıb.
“Hazırda hələ ki, siyasi iradənin nümayiş etdirilməsi yolu ilə münaqişənin sülh yolu ilə həlli üzrə müvafiq şərtlərin əldə olunması üçün danışıqlar prosesinin irəli aparılmasında konkret nəticələr əldə etmək olar. Azərbaycan, eləcə də bütün beynəlxalq ictimaiyyətin Ermənistanın siyasi rəhbərliyindən gözləntisi budur. Lakin zaman gözləmir və aydındır ki, o, işğalçı ölkə olan Ermənistana qarşı işləyir", - o qeyd edib. **
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət