Prezident İlham Əliyev Texas, Ohayo və İllinoys ştatlarında törədilmiş silahlı hücumlar nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar amerikalı həmkarı Donald Trampa başsağlığı verib.
“Texas, Ohayo və İllinoys ştatlarında törədilmiş silahlı hücumlar nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərdən olduqca kədərləndim”, - deyə dövlət başçısının saytında dərc olunmuş başsağlığı məktubunda bildirilir.
Prezident İ.Əliyev həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına dərin hüznlə başsağlığı verib, yaralananların tezliklə sağalmasını arzulayıb.
Xatırladaq ki, avqustun 3-də 21 yaşlı şəxs Texas ştatının El-Paso şəhərində yerləşən “Walmart” ticarət mərkəzində insanlara atəş açıb. Nəticədə 20 nəfər həlak olub, 26 nəfər isə yaralanıb.
Daha bir atışma Ohayo ştatının Deyton şəhərində baş verib. Hadisə nəticəsində 9 nəfər ölüb, 26 nəfər yaralanıb.
Bundan başqa, avqustun 4-də İllinoys ştatının Çikaqo şəhərindəki parklardan birində baş vermiş atışma zamanı ən azı 7 nəfər yaralanıb.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət