30 sentyabr 2019-cu il tarixinə Azərbaycanda əhalinin bank əmanətləri 8 mlrd. 491,3 mln. manat təşkil edir. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) məlumatında deyilir.
2018-ci ilin sonuna banklarda əhalinin əmanətləri 8 mlrd. 269,7 mln. manat məbləğində qiymətləndirilib. Beləliklə, 2019-cu ilin yanvar-sentyabr aylarında əhalinin bank əmanətləri 2,7% artıb.
2019-cu il oktyabrın əvvəlinə əhalinin bank əmanətlərinin strukturunda müddətli əmanətlərin həcmi 5 mlrd. 465,5 mln. manat (cari ilin yanvar-sentyabr aylarında azalma 0,2% - İF), tələbli əmanətlərin həcmi 3 mlrd. 25,8 mln. manat (artım 8,4%) təşkil edib.
Cari ilin yanvar-sentyabr aylarında sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin tələbli əmanətləri 7,9% - 114 mln. manatadək azalıb.
2019-cu ilin sentyabr ayının sonuna hüquqi şəxslərin banklardakı depozitləri 11 mlrd. 571,3 mln. manat (yanvar-sentyabr aylarında azalma 12,2%) məbləğində qiymətləndirilir. Cari ilin yanvar-sentyabr aylarında hüquqi şəxslərin müddətli əmanətləri 86,3% - 2 mlrd. 700,6 mln. manatadək, tələbli əmanətləri 0,1% - 8 mlrd. 870,7 mln. manatadək artıb.
Sentyabrın 30-na banklarda əmanət və depozitlərin ümumi həcmi 20 mlrd. 62,6 mln. manat (artım 8%) təşkil edib.**
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət