2019-cu ildə BP şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda “Şahdəniz” yatağından 16,6 milyard kubmetr səviyyəsində qaz hasilatı gözləyir. Bu barədə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli məlumat verib.
“Bu il yataqdan 16.6 milyard kubmetr həcmində qaz hasilatı gözləyirik”, - Aslanbəyli çərşənbə günü jurnalistlərə bildirib.
Xəbər verildiyi kimi, 2018-ci ildə “BP-Azerbaijan” şirkəti “Şahdəniz” yatağından 11,5 mlrd. kubmetr qaz və 2,5 mln. ton kondensat hasil edib. Beləliklə, 2019-cu ildə hasilatın artımı 44,3% təşkil edəcək.
O cümlədən, Aslanbəyli məlumat verib ki, proqnozlara əssasən, 2022-2023-cü illərdə “Şahdəniz” yatağında 26 milyard kubmetr həcmində pik səviyyədə qaz hasilatı gözlənilir Öncə SOCAR şirkətinin yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov bəyan edib ki, ARDNŞ 2019-cu ildə “Şahdəniz” yatağından 19 mlrd. kubmetr həcmində qaz hasil olunacağını gözləyir, 2021-ci ildə hasilat 24 mlrd. kubmetrədək artacaq.
Öncə hökumət 2019-cu ildə “Şahdəniz” yatağından qaz hasilatını 17 mlrd. 389 mln. kubmetr həcmində proqnozlaşdırıb.
“BP-Azerbaijan” şirkəti 2019-cu ilin yanvar-sentyabr aylarında “Şahdəniz” yatağından 12,4 mlrd. kubmetr qaz və 2,6 mln. ton kondensat hasil edib. Hazırda “Şahdəniz” yatağında mövcud hasilat sisteminin gücü ildə təxminən 20 mlrd. kubmetr və ya sutkada 56 mln. kubmetr qaz təşkil edir 2018-ci ildə “BP-Azerbaijan” şirkəti “Şahdəniz” yatağından 11,5 mlrd. kubmetr qaz və 2,5 mln. ton kondensat hasil edib.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), LUKOİL (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
Hazırda “Şahdəniz” yatağından qaz hasilatı “Alfa” və “Bravo” platformalarından həyata keçirilir.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət