Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün uçot dərəcəsinin 7,25% səviyyəsində saxlanılması ilə bağlı qərar qəbul edib. Bu barədə AMB-nin məlumatında deyilir.
Faiz dəhlizinin aşağı həddi 5,5%-dən 6,75%-ə qaldırılıb, yuxarı həddi isə 9% səviyyəsində saxlanılıb.
Bu qərar mart ayının 19-dan qüvvəyə minib.
AMB-nin 2018-2020-ci illərdə keçirilmiş 13 iclasında uçot dərəcəsi ardıcıl olaraq aşağı salınıb.
“Bu qərar başlıca olaraq AMB-nin İdarə Heyətinin pul siyasətinə həsr olunmuş son iclasından keçən dövrdə qlobal mühitdə baş verən əhəmiyyətli dəyişikliklər və onun təsiri altında yaranmış qeyri-müəyyənliklər nəzərə alınmaqla qəbul edilib. Mart ayının əvvəllərindən koronavirus pandemiyasının qlobal iqtisadiyyata mənfi təsirlərinin artdığı şəraitdə əsas neft ixracatçıları arasında OPEK+ sazişinin uzadılmaması neftin qiymətinin cari ildə 2 dəfədən çox azalması ilə nəticələnib”, - deyə məlumatda bildirilir.
AMB qeyd edir ki, xarici şok şəraitində Azərbaycan hökuməti və Mərkəzi Bankın koordinasiya olunmuş fəaliyyəti nəticəsində valyuta bazarında tarazlıq təmin edilir.
“İlin əvvəlindən inflyasiya səviyyəsində əhəmiyyətli dəyişiklik baş verməmiş, 12 aylıq inflyasiya 2.9% olmaqla hədəf diapazonunun mərkəzindən aşağıda qalmışdır. Pul bazası ilin əvvəlindən 11% azalmışdır ki, bu da monetar şəraitin sərtləşməyə başladığını göstərir. Buna baxmayaraq, dövr ərzində iqtisadi aktivlik qorunmuş, iqtisadi artım 2.8%, qeyri-neft sektorunda iqtisadi artım isə 6.7% təşkil etmişdir”, - deyə məlumatda vurğulanır.
Qlobal iqtisadiyyatdan gələn qeyri-monetar şokun həm ölkədaxili tələbə, həm də təklifə mənfi təsirləri Mərkəzi Bankın qiymət və maliyyə sabitliyi ilə iqtisadi aktivlik və məşğulluğun dəstəklənməsi arasında balanslı mövqe tutmasını şərtləndirir.
“Son illər ölkədə yaradılmış iqtisadi və maliyyə potensialı qeyd olunan məqsədlər toplusunu optimallaşdırmaq üçün yetərli səviyyədədir. Mərkəzi Bank izafi pul kütləsinin sterilizasiyası üçün öz portfelini genişləndirəcək, zəruri hallarda arsenalındakı mövcud alətlərlə bank sisteminin likvidlik tələbatını tam ödəyəcək. Yaranmış vəziyyətdə Mərkəzi Bank qlobal mühitdə və ölkə iqtisadiyyatında gedən prosesləri gündəlik əsasda monitorinq edir, xarici şokun ölkə iqtisadiyyatına təsirlərinin miqyasını qiymətləndirmək üçün davamlı təhlillər aparır”, - deyə məlumatda bildirilir.
Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı 2020-ci il may ayının 1-də ictimaiyyətə açıqlanacaq.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət