Azərbaycan “OPEC+”un yeni razılıqları çərçivəsində 2020-ci ilin may-iyun aylarında gündəlik neft hasilatını 164 min barrel – gündəlik 554 min barrelədək azaldacaq. Bu barədə Energetika Nazirliyindənməlumat verilir.
Nazirlikdən vurğulanır ki, OPEC və OPEC+ ölkələri tərəfindən 11 saat davam edən müzakirələrin yekununda yeni “Əməkdaşlıq Bəyannaməsi” Meksikanın təklif olunan həcmlərlə razılaşacağı şərti ilə qəbul edilib. “Meksika Əməkdaşlıq Bəyannaməsinə uyğun olaraq bu mərhələlər üzrə müvafiq olaraq 400-320-240 min barel həcmlərində müəyyənləşdirilmiş kvotalarla razılaşmayıb. Digər “OPEC+” ölkələri gündəlik neft hasilatının müxtəlif müddətlər və həcmlərdə azalması ilə bağlı razılıq əldə ediblər”, - məlumatda deyilir.
“Yeni razılığa əsasən, “Əməkdaşlıq Bəyannaməsi” qüvvəyə minəcəyi təqdirdə, “OPEC+” ölkələri 2020-ci ilin may-iyun aylarında gündəlik hasilatı 2018-ci ilin oktyabr ayı səviyyəsindən 23% olmaqla 10 milyon barel həcmində azaldacaqlar. Bu mərhələdə hasilat öhdəlikləri OPEC ölkələri üçün sutkada 6,085 milyon barel, qeyri-OPEC ölkələri üçün isə 3,915 milyon barel müəyyən edilib. Azərbaycan da üzərinə yeni öhdəliklər götürüb. 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barel olan Azərbaycan yeni razılaşma çərçivəsində hasilatı həmin səviyyədən 164 min barel azaltmalı olacaq. Qərara əssaən, 2020-ci il mayın 1-dən iyulun 1-dək Azərbaycanda gündəlik xam neft hasilatı 554 min barel təşkil edəcək”, - məlumatda qeyd olunur.
Nazirlikdən bildirilir ki, 2020-ci ilin iyul-dekabr aylarında “OPEC+” üzrə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 18% az olmaqla 8 milyon barel azaldılması razılaşdırılıb. Bu zaman kvotalar OPEC üzrə gündəlik 4,868 milyon, qeyri-OPEC üzrə isə 3,132 milyon barel müəyyənləşdirilib. “Azərbaycan bu dövrdə gündəlik istehsalını 131 min barel azaltmaqla 587 min barel səviyyəsində saxlamalı olacaq”, - nazirlikdən vurğulanır.
2021-ci ilin yanvar ayından 2022-ci ilin aprelinədək “OPEC+” üzrə gündəlik neft hasilatı 2018-ci ilin oktyabr ayı səviyyəsindən 14% - 6 milyon barel azalacaq. Xüsusilə, hasilat öhdəlikləri OPEC üçün 3,651 milyon barel, qeyri-OPEC üzrə 2,349 milyon barel nəzərdə tutulub. “Azərbaycan isə həmin dövrdə 98 min barel azalma ilə hasilatı 620 min barel həcmində saxlamaq öhdəliyini götürməli olacaq”, - nazirlikdən qeyd edilir.
Bu, bir həqiqətdir ki, mövcud qlobal problemin öhdəsindən ayrılıqda deyil, qlobal əməkdaşlıq şəraitində gələ bilərik. Mart ayından indiyədək qısa müddətdə bir daha əmin olduq ki, neft bazarında davamlı sabitlik qlobal səviyyədə ortaq məsuliyyət, tənzimləmə prosesi xaricində mümkün deyil. Hazırkı vəziyyət və dünya iqtisadiyyatı, eləcə də neftə qlobal tələbatın özünü bərpa edəcəyi ilə bağlı qeyri-müəyyənlik neft bazarına gələcəkdə də dəstəyi zəruri edir. Bu prosesə “OPEC+”dan kənar ölkələrin cəlbi isə olduqca vacibdir.”, - energetika naziri Pərviz Şahbazov yeni razılılqları şərh edərkən bildirib.
Şahbazov keçirilən videokonfransı tarixi adlandırıb. “Hər bir neft ölkəsi neft bazarının sabitləşdirilməsi məqsədi ətrafında həmrəylik nümayiş etdirdi”, - nazir vurğulayıb.
Energetika Nazirliyindən qeyd olunur ki, yeni razılıq üzrə yalnız neft hasilatı nəzərə alınacaq, kondensat hasilatı nəzərə alınmayacaq. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət