2020-ci ilin yanvar-mart aylarında Azərbaycana 519,3 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisindən 15% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Koronavirus pandemiyası ilə əlaqədar 2020-ci ilin yanvar-mart aylarında Azərbaycana turist axını əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15% və ya 519,3 min nəfərədək azalıb. Azalmanın əsas səbəbi koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası ilə İran, Gürcüstan, Türkiyə, Rusiya Federasiyası arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin tətbiq olunması ilə bağlı olub”, - deyə məlumatda bildirilir.
Cari ilin mart ayında Azərbaycana gələnlərin sayı əvvəlki ayla müqayisədə 53,4%, ötən ilin mart ayı ilə müqayisədə isə 62,2% azalıb.
Birinci rübdə gələnlərin 30,3%-i Rusiya Federasiyası, 28,3%-i Gürcüstan, 11,7%-i Türkiyə, 5,9%-i İran, 2,4%-i Hindistan, 2,3%-i isə Səudiyyə Ərəbistanı vətəndaşları olub.
Gələnlərin 73%-ni kişilər, 27%-ni isə qadınlar təşkil edib.
Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 22% azalaraq 14,9 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 6,3% azalaraq 189,6 min nəfər olub.
Hesabat dövründə körfəz ölkələrindən gələnlərin sayı 36,3% azalaraq 68,1 min nəfər azalıb. Bundan başqa, Çindən gələnlərin sayı 52,7%, İrandan - 45,9%, Omandan – 45%, İraqdan – 41%, ABŞ-dan - 31,7%, İspaniyadan - 29,7%, Qətərdən 27,8%, İtaliyadan - 27,3%, Niderlanddan - 23,2% azalıb.
Yanvar-mart aylarında Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 64,9%-i dəmir yolu və avtomobil, 33,8%-i hava, 1,3%-i isə dəniz nəqliyyatından istifadə edib.
Bu dövrdə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 23,3% azalaraq 932,5 min nəfər olub. Ölkə vətəndaşlarının 34,1%-i İrana, 30%-i Gürcüstana, 20,4%-i Rusiya Federasiyasına, 9,8%-i Türkiyəyə, 5,7%-i isə digər ölkələrə səfər edib. Gedənlərin 68,5%-ni kişilər, 31,5%-ni qadınlar təşkil edib.
“Yanvar-mart aylarında İrana gedən Azərbaycan vətəndaşlarının sayı 32,8%, Türkiyəyə gedənlərin sayı 23,8%, Gürcüstana gedənlərin sayı 16,7%, Rusiya Federasiyasına gedənlərin sayı isə 13,8% azalıb”, - deyə məlumatda qeyd olunur.
2020-ci ilin yanvar-mart aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 82,9%-i dəmir yolu və avtomobil, 16,2%-i hava, 0,9%-i isə dəniz nəqliyyatından istifadə edib.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət