Ermənistanın addımları Avropa İttifaqı tərəfindən qəti şəkildə pislənilməlidir, əks halda, Ermənistanın cəzasız qalması rəsmi Yerevanı yeni hərbi təxribatlara həvəsləndirəcək. Bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi son təxribatları ilə bağlı Avropanın nüfuzlu xəbər portalı olan euractiv.com-a müsahibəsində deyib.
“Ermənistanın addımları beynəlxalq ictimaiyyət, o cümlədən Aİ tərəfindən qəti şəkildə pislənilməlidir. Əks halda, Ermənistanın cəzasız qalması rəsmi Yerevanı yeni hərbi təxribatlara həvəsləndirəcək. Azərbaycan ümid edir ki, Aİ Ermənistanın işğal olunmuş ərazilərimizdəki qeyri-qanuni fəaliyyətinə, o cümlədən qeyri-qanuni məskunlaşma siyasətinə hüquqi qiymət verəcək”, - deyə o bildirib.
H.Hacıyev vurğulayıb ki, Ermənistan ilə sərhədin bir hissəsinə nəzarət üçün Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti cəlb olunub. Ermənistan isə əksinə bu zonada öz hərbi qüvvələrinin sayını artırır və bu kimi hərbi təxribatlara yol verir.
“Ermənistan tərəfi bu təxribatı öncədən və məqsədyönlü şəkildə hazırlayıb. Belə ki, hadisələrdən əvvəl bu ərazidə çoxlu sayda erməni ordusunun rəhbər heyəti və canlı qüvvələri cəmləşdirilib. Həmçinin erməni tərəfi iddia edir ki, Azərbaycan Ordusu bir hərbi maşınla hücum cəhdi edib. Bu, məntiqsizdir. Reallıq isə budur ki, Ermənistan tərəfi artilleriyadan istifadə etməklə Azərbaycana qarşı növbəti məqsədyönlü təcavüz aktını həyata keçirir”, - deyə Prezidentin köməkçisi qeyd edib.
“Bütün bunları etməkdə Ermənistanın məqsədi regionda yeni gərginlik ocağı yaratmaq, işğal olunmuş ərazilərdən diqqəti yayındırmaq, danışıqlar prosesini pozmaq və Azərbaycan torpaqlarını azad etməməkdir. Həmçinin bu kimi təxribatlarla onlar diqqəti daxili ağır sosial-iqtisadi vəziyyətdən yayındırmaq və üzvləri olduğu siyasi-hərbi təşkilatları bu prosesə cəlb etmək istəyirlər. Lakin hamı prosesi yaxşı başa düşür və onlara inanan yoxdur”, - deyə o vurğulayıb.
H.Hacıyev əlavə edib ki, Ermənistan tərəfi bu ərazilərdə Azərbaycanın mülki əhalisinin yaşadığı kəndləri məqsədyönlü şəkildə hədəf alır və bununla da beynəlxalq humanitar hüququ, eləcə də müvafiq Cenevrə Konvensiyalarını kobud şəkildə pozur. O, 76 yaşlı mülki sakinin də Ermənistan silahlı qüvvələri tərəfindən öldürülməsi faktını qeyd edib.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət