Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Ukrayna xarici işlər naziri Dmitro Kuleba ilə telefon danışığı zamanı Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə hərbi təxribatı ilə bağlı Ukraynanın reaksiyasına görə Kiyevə təşəkkürünü bildirib.
“İyulun 17-də C.Bayramovun D.Kuleba ilə telefon danışığı olub. C.Bayramov Ermənistan silahlı qüvvələrinin son hərbi təxribatı və Azərbaycan-Ermənistan sərhədində yaşanan gərginliklə bağlı Ukrayna XİN tərəfindən verilmiş ədalətli, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, BMT-nin müvafiq qətnamələrinə istinad edən bəyanata görə həmkarına təşəkkürünü bildirib. Nazir D.Kuleba Ukraynanın bu məsələdə mövqeyinin dəyişilməz olduğunu bir daha ifadə edib”, - deyə XİN-in məlumatında bildirilir.
Nazirlər ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər və münasibətlərin bundan sonra da inkişafı etdiriləcəyini əminliklə vurğulayıblar.
Xatırladaq ki, Ukrayna Xarici İşlər Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 12-də mövqeləri ələ keçirmək məqsədilə açılan artilleriya atəşlərindən narahatlığını ifadə edən bəyanat yayıb.
"Münaqişə tərəflərini vəziyyətin deeskalasiyası və münaqişənin həlli yollarının hamının qəbul etdiyi prinsiplər və beynəlxalq hüquq normaları, o cümlədən 1993-cü ildə BMT Təhükəsizlik Şurası tərəfindən qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələr əsasında axtarışının davam etdirilməsi üçün maksimum səy göstərməyə çağırırıq”, – deyə bəyanatda vurğulanır. Bəyanatda, həmçinin Ukrayna tərəfinin münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmət əsasında siyasi yolla həll olunmasının tərəfdarı olduğu qeyd olunur.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət