Kişineunun mərkəzində Moldovada yaşayan azərbaycanlılar və ermənilər arasında dava baş verib.
“İnterfaks”ın müxbirinin məlumatına görə, çərşənbə günü Moldovada yaşayan yüzlərlə azərbaycanlı Kişineunun küçələrində yürüş ediblər. Onlar bəyan edib lər ki, “Ermənistan silahlı qüvvələrin Azərbaycana qarşı bu yaxınlarda baş tutan təcavüzünə qarşı etiraz edirlər”.
Nümayişçilərin əllərində ingilis dilində “Ermənistanın Azərbaycana qarşı təcavüzünə stop!”, “Təcavüzü dayandırın!” şüarları ilə plakatlar olub. Aksiya iştirakçılarının bir hissəsi Azərbaycanın dövlət bayrağına bürünüblər, digər hissəsi isə bayraqları əllərində tutublatr. Aksiya iştirakçılarının bəzilərinin əllərində Moldovanın dövlət bayraqları da olub.
Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov jurnalistlərə məlumat verib ki, “12 iyul 2020-ci il tarixində iki ölkənin dövlət sərhədində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazidən ağır artilleriyadan atəş açılıb”.
“Bu təxribat idi. Dinc kəndlər və Azərbaycan Ordusunun hərbi məntəqələrinə atış açılıb. Məqsəd, həmçinin oradan keçən qaz kəmərinə zərər vurmaq və yəgin ki, əsas hündürlükləri ələ keçirmək olub. 12 hərbi qulluqçu, o cümlədən general və polkovnik, həmçinin bir neçə sakin həlak olub. Bu əlbəttə ki, Ermənistanın təcavüz aktı və müvəqqəti atəşkəs rejiminin pozulması idi. Biz bunu bütün dünya birliyinin diqqətinə çatdırmaq istərdik”, - o bildirib.
Diplomat xatırladıb ki, “artıq 30 ildən çoxdur ki, suveren Azərbaycan ərazilərinin bir hissəsi təcavüz nəticəsində Ermənistan tərəfindən işğal olunub”.
“Dağlıq Qarabağ və ətraf 7 rayon hərbi güc nəticəsində işğal olunub. 1 milyon qaçqın öz yurdlarını tərk edib. Ermənistanın qanunsuz hərəkətləri ilə bağlı BMT-nin qətnamələri, həmçinin nüfuzlu beynəlxalq təşkilatların digər aktları qəbul olunub. Biz bu gün dinc yürüşə çıxmışıq ki, dünya birliyi iyulun 12-də baş verənləri təcavüz aktı kimi qiymətləndirsin”, - səfir qeyd edib.
Yürüş başlayandan dərhal sonra Moldovada yaşayan erməni icmasının onlarla nümayəndələri Ermənistan və Moldova bayraqları ilə yürüşə mane olamğa çalışdılar. Uzun sürməyən deyişmədən sonra nümayişçilər arasında dava düşüb. Onlar bayraqları çıxararaq, onun ağacından dəyənək kimi istifadə etməyə başlayıblar. Polis və karabiner tez zamanda azərbaycanlıları ermənilərdən ayırıblar. Bəzilərinə qarşı gözyaşardıcı qaz istifadə edilib. Polis erməni icmasının nümayəndələrini kənara çəkib, azərbaycanlılar isə “Azərbaycana qarşı Ermənistan təcavüzünə son qoymaq” tələbi ilə Moldovada yaşayan azərbaycan konqresinin Qətmanəsini oxuyaraq yürüşü başa çatdırıblar. **
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət