Azərbaycan sərhədçiləri külli miqdarda narkotik vasitənin İranla dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıblar. Bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat xidməti məlumat yayıb.
“25 sentyabr tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonunun 2-ci Şahsevən kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru 3 nəfər şəxsin hərəkəti sərhəd naryadı tərəfindən müşahidə edilib və həmin şəxslərə “dayan” əmri verilərək havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd naryadının əmrinə tabe olmayan sərhəd pozucuları geriyə İran ərazisinə qaçıblar”, - deyə məlumatda bildirilir.
Həmin ərazidə keçirilmiş axtarış tədbirləri nəticəsində kolluqların arasında gizlənən 1 nəfər şübhəli şəxs 4 ədəd bağlama ilə birlikdə saxlanılıb. Bağlamalara baxış zamanı içərisində ümumi çəkisi 84 kq 660 qr narkotik vasitəyə oxşar maddələr (52 kq “tiryək”ə, 32 kq 650 qr “heroinə”ə, 10 qr “marixuana”ya və 120 ədəd “metadon-40” həbinə) aşkar olunub.
Saxlanılan şəxsin 1983-cü il təvəllüdlü Süleymanov Elşən Vaqif oğlu olması və əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum edilməsi müəyyənləşdirilib.
“Cinayətkar qrupun digər üzvlərinin müəyyənləşdirilməsi istiqamətində keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində sərhədboyu ərazidə hərəkətdə olan “VAZ-2107” markalı 19-BE-007 dövlət nömrə qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi saxlanılıb. Avtomobilin sürücüsü Beyləqan rayonun 1-ci Şahsevən kənd sakini 1956-cı il təvəllüdlü Orucov Gəncalı Əli oğlu və sərnişinlər Yevlax rayon sakinləri 1982-ci il təvəllüdlü Məmmədov Faiq Fərman oğlu və 1969-cu il təvəllüdlü Qorçuzadə İbrahim İsrail oğlu törətdikləri cinayət əməlini etiraf edərək əraziyə narkotik vasitə götürməyə gəldiklərini bildiriblər”, - deyə məlumatda qeyd olunur.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.*
B.Rüstəmbəyov
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət