Ermənistan və Azərbaycan hələlik danışıqlar apara bilməz, öncə atəşkəs rejiminə nail olmaq lazımdır. Bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya deyib.
“Hərbi əməliyyatlar getdiyi dövrdə heç nə müzakirə etmək, heç bir həll yolu mümkün deyil”,- Nebenzya Nyu-Yorkda keçirilən brifinqdə bildirib.
Diplomat xatırladıb ki, öncə Rusiya Bakı və İrəvana özünün vasitəçilik səylərini təklif edib.
“Dağlıq Qarabağda münaqişə bizim üçün ciddi narahatlıq mövzusudur”, - o bildirib.
Diplomatın sözlərinə görə, “həm Ermənistan, həm Azərbaycan bizim üçün yaxın olan ölkələrdir..., bizim hər iki dövlətlə xüsusi münasibətlərimiz var”.
Nebenzya vurğulayıb ki, bu münaqişənin hərb yolu ilə həlli yolu yoxdur və ola bilməz.
“Artıq uzun illər ərizndə bu münaqişə müzakrə olunur”, - deyə daimi nümayəndə xatırladıb ki, müzakirələr həm ikitərəfli formatda, həm də ATƏT-in Minsk qrupu çərçivəsində aparılır. O bildirib ki, əfsuslar olsun ki, münaqişənin həlli üzrə təkliflər qəbul oluna bilməz.
“İndi yeganə variant – hərbi əməliyyatların dayandırılması və atəşkəs rejiminin əldə olunmasıdır”, - Nebenzya bildirib. **
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət