Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Endrü Şeferlə Dağlıq Qarabağda atəşkəs razılaşmasının həyata keçirilməsi üzrə addımları müzakirə edib.
RF XİN-in saytında verilən məlumata görə, Rudenko ilə Şefer arasında görüş bu gün Moskvada baş tutub. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib.
"Söhbət zamanı Dağlıq Qarabağ münaqişəsi zonasında yaranmış vəziyyət müzakirə olunub. Rusiya, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Sergey Lavrov, Ceyhun Bayramov və Zöhrab Mnatsakanyan arasında oktyabrın 10-da Moskvada keçirilmiş görüşdə əldə edilmiş razılaşmaların yerinə yetirilməsi istiqamətində mümkün addımlar nəzərdən keçirilib", - deyə məlumatda qeyd olunur.
Görüşdə tərəflər Rusiya, ABŞ və Fransa prezidentlərinin oktyabrın 1-də verdikləri birgə bəyanatın müddəaları nəzərə alınmaqla gərginliyin azaldılmasına yönəlmiş kollektiv səylərin davam etdirilməsində maraqlı olduqlarını bildiriblər.*
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət