Ermənistan hələ gec deyil, işğal olunmuş ərazilərdən öz qoşunlarını çıxarmalıdır. Bunu prezident İlham Əliyev deyib.
“30 il ərzində Ermənistan rəhbərliyi ordusunun yenilməzliyi barədə mif yaradıb. Biz bu mifi dağıtdıq. O cmlədən, Ermənistan cəbhədə vəziyyət barədə yalan məlumat yayır. Biz, demək olar ki, onların ordusu və hərbi texnikasını məhv etmişik. Biz onlara heç zaman unutmayacaqları dərs verdik. Hələ ki gec deyil, Ermənistan öz qoşunlarını işğal olunmuş əraziərdən çıxarmalıdır, bundan sonra hərbi əməliyyatlar dayandırıla bilər”, - Əliyev bu gün xalqa müraciətində qeyd edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi məlumat verir.
O, həmçinin bəyan edib ki, Azərbaycan ərazi bütövlüyünün bərpası üçün “Qarabağda hərbi əməliyyatları tezliklə başa çatdırmaq istəyir”.
“Ermənistan 30 il ərzində Azərbaycanın işğal olunmuş əraziərində bizim abidələri və mədəni-tarixi irsimizi dağıdıb. 30 il ərzində Ermənistan rəhbərliyi danışıqlar prosesini imitasiya edərək yalanla məşğul olub. Azərbaycanın işğal olunmuş ərazilərində yaratdıqları istehkamlar ondan xəbər verir ki, Ermənistan heç də bu torpaqları tərk etmək niyyətində deyil, əks halda bu məqsədlərə nə üçün bu qədər pul xərcləsin”, - Əliyev bildirib.
Azərbaycan başçısı qeyd edib ki, Ermənistan rəhbərliyi həmçinin bütün müsahibələrində Azərbaycan barədə, Azərbaycan Ordusu barədə danışarkən dünya birliyini aldatmağa davam edir, bəyan edir ki, bizim əvəzimizə başqa kimsə döyüşür.
“Azərbaycan əsgərləri özləri döyüş meydanında mübarizə aparırlar. Biz haqq yolundayıq və öz ərazimizdə döyüşürük. Biz ərazi bütövlüyümüzü bərpa edirik və bundan sonra da bu addımlar davam edəcək. Ermənistan isə indi də yalan danışaraq bəyan edir ki, gecə vaxtı Gəncəyə ballistik raket atmayıb. Baxmayaraq ki, raketin buraxıldığı nöqtədən və düşdüyü nöqtəyə qədər uçuş trayektoriyasını müəyyən etmək mümkündür. Ermənistan rəhbərliyi dost hesab etdikləri dövlətlərə ümid edirdi, indi isə onların əsgərləri qaçırlar və qaçacaqlar”, - o vurğulayıb.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət