Azərbaycan prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanla Moskvada danışıqlara hazır olduğunu bəyan edib, lakin İrəvanın Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə konstruktiv iş qabiliyyətinə şübhə ilə yanaşır.
“Bu cür dəvət almamışam (Moskvada danışıqlar üçün - İF). Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin üçtərəfli görüşlərində dəfələrlə iştirak etmişəm, lakin Ermənistanda Paşinyan hakimiyyətə gələndən sonra bu cür görüşlər keçirilməyib. Ermənistanın keçmiş prezidentləri ilə bu cür görüşlər olub və mən heç zaman onlardan yayınmamışam”, - Əliyev “İnterfaks” və “İnterfaks-Azərbaycan” agentliklərinə müsahibəsində bildirib.
Əliyev vurğulayıb ki, bu görüşləri müsbət hesab edib, çünki Rusiya Minsk qrupunun həmsədri kimi, nizamlanma prosesində xüsusi rol oynayır.
“Rusiyanın hər zaman həm Ermənistan, həm də Azərbaycanla sıx əlaqələri olub və bu gün siyasi, iqtisadi əlaqələr nöqteyi-nəzərindən Rusiya Azərbaycan və Ermənistanla çox fəal əməkdaşlıq edir, bizim qonşu dövlətdir. Bu səbəbdən, əlbəttə ki, bu cür görüşlərin əksəriyyəti Rusiya ərazisində keçirilib, lakin Paşinyanın dövründə bu cür görüşlər olmayıb. Ermənistan rəhbərliyinin qeyri-adekvatlığını nəzərə alaraq, bu görüşlərin nə dərəcədə səmərəli olacağını deyə bilmərəm. Ancaq belə təklif olarsa, biz hər zaman bunu müsbət qiymətləndirmişik və nəzərdən keçirəcəyik”, - o qeyd edib.
Azərbaycan prezidenti Moskvaya Ermənistanın baş naziri ilə danışıqlara gəlməyə hazırdırmı dəqiqləşdirici suala cavabında İ.Əliyev: “Bəli” deyib.
“Həm də, sizin qeyd etdiyiniz kimi, heç bir ilkin şərt olmadan. Sabah xarici işlər nazirlərimizin Cenevrədə görüşəcəkləri, yenə də heç bir şərt olmadan, bunun göstəricisidir. Hətta, demək istərdim ki, münaqişə başlayan kimi xarici işlər nazirimiz Moskvaya getdi, baxmayaraq ki, həmsədrlərlə görüş məqsədilə Cenevrəyə səfəri planlaşdırılmışdı (oktyabrın 8-də - İF). Bir həftə öncə, oktyabrın əvvəlində səfəri planlaşdırılan Ermənistanın xarici işlər naziri isə imtina etdi. Humanitar atəşkəs məsələsinin razılaşdırılması məqsədilə xarici işlər nazirlərinin görüşünə (oktyabrın 10-da – İF) dair təklif gələn kimi bizim xarici işlər naziri Cenevrədən Moskvaya gedib. Yəni, biz heç bir şərt irəli sürmürük. Ancaq yenə də Ermənistanın hazırki hakimiyyətinin həll üzrə konstruktiv işə qadir olduğuna böyük şübhələrim var”, - Azərbaycan prezidenti bildirib.
Azərbaycan prezidenti İlham Əliyev ilə müsahibənin tam mətni www.interfax.az və www.interfax.ru saytlarında dərc olunacaq. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət