“AzerGold” QSC korporativ istiqrazların yeni emissiyasını planlaşdırmır. Bu barədə “İnterfaks-Azərbaycan”a cəmiyyətdən məlumat verilib.
“2020-ci ildə “AzerGold” $20 milyon dəyərində korporativ istiqrazların ilk emissiyasını həyata keçirib. Hazırda şirkətin planlarında yeni emissiya həyata keçirmək yoxdur, lakin perspektivdə bu istisna olunmur”, - cəmiyyətdən bildiriblər.
Həmçinin şirkətdən qeyd olunub ki, “AzerGold”un istiqrazlarının birinci və ikinci tranşının yerləşdirilməsi zamanı tələb təklifi iki dəfədən çox üstələyib, bu da şirkət üçün illik faiz xərclərinin 4%-dən 3,36%-dək azalmasına gətirib.
“İstiqrazların emissiyası hesabına “AzerGold” tərəfindən hazırlanmış ölkədə iqtisadi fəallığın qorunması və stimullaşdırılması istiqamətində Əlavə Tədbirlər Proqramının reallaşdırılması maliyyələşdirilib”, - cəmiyyətdən qeyd ediblər.
Öncə “AzerGold”un İdarə Heyətinin sədri Zakir İbrahimov bəyan edib ki, şirkət 2020-ci ildə ölkədə iqtisadi fəallığın qorunması və stimullaşdırılması istiqamətində Əlavə Tədbirlər Proqramı hazırlayıb. Proqramın icrası nəticəsində regionlarda podratçı şirkətlər daxil olmaqla işlə təmin edilmiş əməkdaşların orta sayı 658 nəfər olub, ümumilikdə 20,7 milyon manat məbləğində vəsait ölkə iqtisadiyyatına cəlb edilib.
Xatırladaq ki, “AzerGold” istiqrazlarının birinci və ikinci tranş üzrə hərracları cari ilin 24 sentyabr və 30 noyabr tarixlərində Bakı Fond Birjasında keçirilib. İstiqrazların orta ölçülmüş qiyməti 1-ci tranş üzrə $101,7, 2-ci tranş üzrə isə $102,4 təşkil edib.
İstiqrazların tədavül müddəti 3 il, illik gəlirlilik 4%-dir (faiz ödənişi rüblük həyata keçirilir). Hər birinin nominal dəyəri $100 olan 200 min ədəd istiqraz tədavülə buraxılıb.
İstiqrazların emissiyasından cəlb ediləcək vəsait “Çovdar” (Daşkəsən), “Köhnəmədən” (Balakən) və “Qaradağ” (Şəmkir-Gədəbəy) yataqlarının resurslarının artırılmasına, yataqların yerüstü hissəsində istismar işlərinin sürətləndirilməsinə və çöl tədqiqat işlərinin maliyyələşdirilməsinə yönəldiləcək.
“AzerGold” QSC prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb. Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.
Bundan başqa, Prezident İlham Əliyevin 2020-ci ilin avqust ayında imzaladığı sərəncamla “AzerGold” QSC-yə ölkə ərazisində dəmir filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənilməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsini təmin etmək tapşırılıb.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət