Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə komitəsinin rəhbəri, hakim "Moy şaq" fraksiyasının üzvü Andranik Koçaryan Rusiya istehsalı olan "İsgəndər" operativ-taktiki raket komplekslərinin istifadəyə yararlılığının yoxlanılmasını zəruri hesab edir.
““İsgəndər” işləkdir, yoxsa yox... düşünürəm ki, baş nazirin səsləndirdiyi fikirlərin öyrənilməsinə ehtiyac var. Əgər Paşinyanın şübhələri təsdiqlənərsə? Bu o deməkdir ki, biz hamımız hər şeyi yenidən nəzərdən keçirməliyik", - deyə Koçaryan bu gün jurnalistlərə bildirib.
Bununla yanaşı, o deyib ki, Qarabağ müharibəsi zamanı "İsgəndər" raketlərinin tətbiq olunub-olunmadığı, əgər olunubsa, hansı istiqamətdə atıldığı barədə məlumatsızdır.
Ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan 2020-ci ilin payızında Qarabağ müharibəsində "İsgəndər" operativ-taktiki raket kompleksinin tətbiq edilməsi barədə məlumatı təsdiqləsə də, onun effektivliyinə şübhə edib.
Paşinyan "1in.am" xəbər saytına müsahibəsində Ermənistanın eks-prezidenti Serj Sarqsyanın Ermənistan tərəfinin müharibənin dördüncü günündə "İsgəndər”dən istifadə edə biləcəyinə dair açıqlamasına belə cavab verib: “Düşünürəm ki, onun bir çox suallara cavabı olmalıdır və cavabını bildiyi suallar verməməlidir. Bəlkə elə o cavab versin: nə üçün "İsgəndər" raketləri partlamadı, ya da 10% partladı?".
2020-ci ilin noyabr ayının ortalarında general-polkovnik Movses Akopyan mətbuat konfransında bildirmişdi ki, Ermənistan tərəfi Dağlıq Qarabağda hərbi əməliyyatlar zamanı "İsgəndər" operativ-taktiki raket kompleksindən istifadə edib.
“Müharibə zamanı “İsgəndər”dən istifadə edildi. Lakin harada istifadə edildiyini deyə bilmərəm", - deyə o qeyd edib.
Daha sonra KİV-də "İsgəndər" raketlərindən müharibənin son günlərində Şuşa şəhəri istiqamətində istifadə edilməsi barədə məlumatlar yayılıb.*
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət