İyun ayında Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) Qafqaz üzrə Regionlararası İdarəsi 34,064 min ton təzə meyvə-tərəvəz idxalına nəzarət edib.
“Xüsusilə, “Rosselxoznadzor” İdarəsinin səlahiyyətində olan “Viaduk” gömrük terminalı və Dərbənd dəmiryolu stansiyasına Azərbaycan və İrandan 20290,2 ton tərəvəz (pomidor, bibər, kartof və s.) və 13773,8 ton meyvə və giləmeyvə (alma, qarpız, çiyələk, gilas, ərik, şaftalı və s.) daxil olub”, - qurumun saytında məlumat verilir.
“İnterfaks-Azərbaycan”ın məlumatına görə, fitosanitar nəzarət zamanı qrupumun dövlət müfəttişləri tərəfindən Azərbaycandan 4 partiya və İrandan 2 partiya pomidor (49,1 ton), armud (19,2 ton), bibər (16,3 ton) və gilas (19,6 ton) Rusiya ərazisinə buraxılmayıb. Rusiya bazarına daxil olmayan məhsulların ümumi həcmi 104,2 ton təşkil edib.
“Məhsulların saxlanılmasına laboratoriyanın rəyi səbəb olub. Rəyə əsasən, partiyalarda karantin zərərli obyektlərin - Tuta absoluta Povolny, Frankliniella occidentalis Perg və Grapholitha molesta aşkarlanıb. Yüklərin Azərbaycan və İrana qaytarılması barədə qərar qəbul olunub”, - məlumatda vurğulanır. **
E.Şəfiyev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət