2021-ci ilin yanvar-avqust aylarında Azərbaycanda tikinti materiallarının istehsal həcmi 525,3 milyon manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 64,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə respublikada 2 milyon 222,5 min ton sement istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5% çoxdur.
Yanvar-avqust aylarında 17,1 min ton (artım 32,6%) tikinti gipsi, 57,7 min ton (artım 98,3%) sementdən kərpic və tikinti blokları, 1 milyon 730,9 min ton (artım 38,5%) hazır beton qarışığı, 24,2 min ton (artım 16,3%) tikinti əhəngi, 391,8 min kubmetr (artım 15,6%) tikinti kərpici, 27,151 ton (artım 65,9%) işlənmiş mərmər, əhəng daşı, alebastr və onlardan hazırlanmış məmulatlar, 48,4 min ton yığma beton konstruksiya (artım 2,2 dəfə) istehsal edilib.
Hesabat dövründə asfalt istehsalında 20,2% (88,7 min ton), azalma qeydə alınıb.
Xəbər verildiyi kimi, hazırda Azərbaycan hökuməti Qarabağda və Şərqi Zəngəzurda azad olunmuş ərazilərin bərpası üzrə miqyaslı layihələr həyata keçirir. Bu işlər tikinti materiallarının istehsalının artmasına təkan verir. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət