İran Azərbaycanla preferensial ticarət sazişinin imzalanmasına ümid edir. Bu barədə İran İslam Respublikasının Bakıdakı səfiri Seyid Abbas Musəvi bəyan edib.
“2021-ci ildə İran ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 2020-ci illə müqayisədə 30%-dən çox artıb. Ticarət əlaqələri ən yüksək səviyyəyə çatıb”, - Musəvi qeyd edib.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, səfir həmçinin Azərbaycandan İrana qeyri-neft ixracının artımını qeyd edib. Musəvi vurğulayıb ki, 2021-ci ildə Azərbaycanın qeyri-neft ixracının 11%-i İranın payına düşüb.
O cümlədən, səfir iki ölkə arasında tezliklə preferensial ticarət sazişinin imzalanmasına ümid etdiyini bildirib. “Ümid edilir ki, yaxın gələcəkdə iki ölkə arasında preferensial ticarət sazişinin imzalanması və cari ildə İran-Azərbaycan Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının növbəti 15-ci iclasının keçirilməsi iki ölkə arasında iqtisadi və ticarət əlaqələri, iki ölkə arasında yüksək səviyyədə olan siyasi əlaqələrə uyğun şəkildə daha da inkişaf etsin”, - diplomat qeyd edib.
Musəvinin sözlərinə görə, Bakı və Tehran tranzit daşımaları və enerji təchizatında mühüm rol oynayırlar. “Ölkələrimiz birgə fəaliyyət və əməkdaşlıq şəraitində tranzit daşımaları və enerji təchizatı, dünya ölkələrinin, xüsusilə də Avropanın təbii qaza olan tələbatının təmin olunması sahəsində mühüm rol oynayırlar”, - o deyib.
Həmçinin, diplomat vurğulayıb ki, İran ilə Azərbaycan arasındakı ikitərəfli əlaqələr indiyədək heç vaxt olmadığı qədər yüksək səviyyədədir. “İqtisadiyyat, ticarət, sənaye, kənd təsərrüfatı, təhsil və turizm sahələrində müxtəlif istiqamətlərdə, o cümlədən bütün region üçün prinsipial əhəmiyyət kəsb edən Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı mövcud çoxsaylı ikitərəfli sazişlər və layihələr bu həqiqəti təsdiq edir”, - Musəvi əlavə edib. **
E.Şəfiyev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət