2022-ci ildə Azərbaycanda daha 4 “ASAN xidmət” mərkəzi açılacaq. Bunu Azərbaycan Respublikasının Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.
“2022-ci ildə yeni “ASAN xidmət” mərkəzlərinin açılması planlaşdırılır. Növbəti mərkəzlərin Bakıda, Sumqayıtda, eləcə də 2022-ci ilin ikinci yarısında Lənkəran və Salyanda açılması nəzərdə tutulur. Beləliklə, cari ilin sonuna qədər mərkəzlərin ümumi sayı 26-ya çatacaq”, - deyə Ü.Mehdiyev bu gün AzTV-yə müsahibəsində bildirib.
O qeyd edib ki, gələcəkdə işğaldan azad olunmuş ərazilərdə də “ASAN xidmət” mərkəzinin açılması planlaşdırılır. İlk Mərkəz Şuşa şəhərində açılacaq.
“Hazırda işğaldan azad edilmiş ərazilərdə infrastruktur layihələri üzrə intensiv işlər həyata keçirilir. Bütün zəruri şərait yaradıldıqdan sonra ilk növbədə Şuşada “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayacaq. Bununla əlaqədar mərkəzin layihəsi artıq təsdiq edilib, tikinti üçün müvafiq yer ayrılıb”, - deyə sədr vurğulayıb.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət