2022-ci ilin yanvar ayında Azərbaycan gömrük bəyannamələrinə əsasən (nomenklatura kodu 2709) 3 milyon 505 min 551,96 ton neft ixrac edib ki, bu da 2021-ci ilin yanvar ayının göstəricisindən 12,7% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Hesabat dövründə Azərbaycandan $2 milyard 31 milyon 435,6 min dəyərində (artım 49,4%) neft ixrac edilib.
Yanvarda ixracın ümumi strukturunda neftin payı 65,81% (2021-ci ilin yanvarında 83,73% - İF) təşkil edib.
“İnterfaks-Azərbaycan” agentliyinin hesablamalarına əsasən, yanvarda Azərbaycan neftinin bir barelinin orta qiyməti $77,3 təşkil edib.
Yanvarda 16 ölkə Azərbaycan neftinin alıcısı olub. İtaliya, ənənəvi olaraq, Azərbaycan neftinin əsas alıcısı olaraq qalıb. Yanvar ayı ərzində neft ixracının 50,1%-i bu ölkənin payına düşüb.
Alıcıların ilk üçlüyünə İtaliya ilə yanaşı, İsrail və Ukrayna da daxil olub.
Bütövlükdə, Azərbaycan nefti əsasən Avropa ölkələrinə ixrac edilsə də, Tailand, Tunis, Türkiyə daimi alıcılar olaraq qalır. Yanvarda alıcılar siyahısında Çin, Hindistan, Kanada, Belarus, Vyetnam, Xorvatiya, İndoneziya, Fransa və bir sıra digər ölkələr yer almayıb.
Yanvarda əsas alıcı ölkələr üzrə neft ixracının strukturu:
Ölkələr |
Həcm (ton) |
Gəlir (min ABŞ dolları) |
İtaiya |
1 755328,23 |
1 037885,53 |
Ukrayna |
336716,20 |
196450,92 |
İsrail |
266765,25 |
152 168.10 |
Böyük Britaniya |
216909,17 |
125597,10 |
Çexiya |
163459,94 |
89192,64 |
Tailand |
138308,64 |
77843,82 |
İspaniya |
132852,84 |
75689,23 |
Rumıniya |
90527,47 |
54093,23 |
Almaniya |
91762,54 |
50535,73 |
İrlandiya |
88077,58 |
50060,05 |
Portuqaliya |
81755,47 |
46300,03 |
Türkiyə |
80116,78 |
41364,46 |
Tunis |
62890,17 |
34213,82 |
Rusiya |
81,69 |
40,96 |
**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət