İsrailli politoloq və jurnalist Roman Qureviç bu gün İsrail və Türkiyə prezidentləri İshaq Hersoq və Rəcəb Tayyib Ərdoğan arasında baş tutacaq görüşün təşkilində Azərbaycan Prezidenti İlham Əliyevin mühüm rol oynadığını qeyd edir.
“Bu, tarixi məqamdır. İlham Əliyev bugünkü görüşdə mühüm rol oynayıb və oynamağa davam edir. Bildiyiniz kimi, İsrailin Azərbaycanla yaxın, strateji, dostluq, hətta deyərdim ki, bir çox cəhətdən qohumluq münasibətləri var. (...) Türkiyə ilə Azərbaycan arasında da qardaşlıq əlaqələri, çox sıx münasibətlər var. Son zamanlar İsraillə Türkiyə arasında münasibətlər olduqca korlanmışdı (...) Prezident Əliyevin müdrikliyi iki ölkə arasında münasibətlərin qurulmasına kömək etməsindədir”, - deyə Qureviç “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
O, həmçinin İsrail-Türkiyə əlaqələrinin qurulmasında Prezident Hersoqun da siyasi iradəsini vurğulayıb. “O, Azərbaycanın mühüm strateji tərəfdaşları ilə münasibətlər qurmaq və bu əlaqələri möhkəmləndirmək istəyən uzaqgörən siyasətçidir. (...) İsraillə Türkiyəni tarixən çox şey bağlayır (...) Hər cür siyasi münaqişələr iki xalqı birləşdirən ümumi cəhətlərdən olduca zəifdir. (...) Prezident Hersoq qlobal məqamları görməyi bacaran liderdir”, - deyə Qureviç vurğulayıb.
Bununla yanaşı, israilli politoloq Hersoq və Əliyevin görüşünü istisna etmir. “Prezident Hersoq bu gün (martın 9-da) Prezident Ərdoğanla görüşəcək. Martın 10-da Prezident Əliyev Türkiyəyə gəlir. Əgər İsrail Prezidenti ilə Azərbaycan Prezidenti arasında hər hansı bir formatda görüş baş tutarsa, buna təəccüblənmərəm. Bu, heç yerdə elan olunmayıb, bu barədə heç kim danışmır, amma bu baş verərsə, təəccüblənmərəm, çünki Prezident Hersoqla Prezident Əliyev arasında qiyabi şəkildə son dərəcə isti münasibətlər mövcuddur”, - deyə o vurğulayıb.
Bundan başqa, Qureviç əlavə edib ki, Azərbaycan, Türkiyə və İsrail arasında üçtərəfli formatda qarşılıqlı fəaliyyət bütün regionun inkişafına və çiçəklənməsinə töhfə verəcək.*
X.Nəsirzadə
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət