Antalya Diplomatiya Forumu çərçivəsində energetika naziri Pərviz Şahbazov ilə Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyi arasında görüş keçirilib. Bu barədə Energetika Nazirliyinin məlumatında deyilir.
“Görüşdə Azərbaycan və Avropa İttifaqı arasında enerji dialoquna dair məsələlər müzakirə edilib. Enerji dialoqunun Cənub Qaz Dəhlizinin yeni enerji bazarlarına doğru genişlənməsini, dekarbonizasiya, enerji keçidi və bərpa olunan enerji, enerji səmərəliliyi, elektrik enerjisinin ixracı, hidrogen və enerjinin saxlama texnologiyaları üzrə əməkdaşlığı əhatə edən istiqamətləri üzrə intensiv təmasların vacibliyi vurğulanıb”, - deyə məlumatda bildirilir.
Həmçinin Cənub Qaz Dəhlizinin genişləndirilməsi çərçivəsində Qərbi Balkanlara potensial qaz tədarükündən irəli gələn məsələlərin həlli məqsədilə Avropa Komissiyası və Qərbi Balkan ölkələri ilə dialoqun davam etdirilməsi razılaşdırılıb.
Azərbaycan 2020-ci il dekabrın 31-də Avropaya qaz nəqlinə başlayıb. 2021-ci ildə nəqlin həcmi 8,2 milyard kubmetr təşkil edib.*
E.Şəfiyev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət